Finss.az, DTA-nın sədri Fuad Nağıyevin "Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində çıxışı zamanı verdiyi açıqlamalarına istinadən bildirir ki, Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) sağlamlıq turizminin inkişafını sürətləndirmək məqsədilə dövlət və özəl sektor nümayəndələrinin, həmçinin ictimai birliklərin iştirakı ilə xüsusi işçi qrupu yaradıb.
İşçi qrupunun əsas məqsədi sağlamlıq turizmi sektorunda mövcud problemləri müəyyənləşdirmək, onların həlli yollarını təklif etmək və qarşılıqlı fəaliyyətin effektivliyini artırmaqdır.
F.Nağıyev bildirib ki, işçi qrupunun fəaliyyətində Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və digər aidiyyəti qurumların nümayəndələri də iştirak edəcəklər.