ANALİTİKA

19 İyun

Qazaxıstanda neft-qaz sənayesinin dekarbonizasiyasına həsr olunan ilk konfrans keçiriləcək

İyunun 21-də Aktau şəhərində Qazaxıstanda ilk dəfə “Neft-qaz sənayesinin dekarbonizasiyası: perspektivlər və cari inkişaf məsələləri” mövzusunda konfrans keçiriləcək.

Bu barədə Fins.az “PetroCouncil” neft-qaz şurasına istinadən xəbər verir.

Konfransda Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Mangistau vilayətinin Akimati rəhbərliyi, iri neft-qaz operatorlarının rəhbərləri və nümayəndələri iştirak edəcəklər.

Tədbirdə dekarbonizasiya prinsiplərinə əsaslanan qlobal enerji keçidi ilə bağlı aktual problemlər müzakirə olunacaq.

Konfrans “PetroCouncil”neft-qaz şurası və Bureau Veritas tərəfindən Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi və “PetroMining” Assosiasiyasının dəstəyi ilə təşkil edilir.

 

© azertac