Türkiyə vətəndaşları üçün Şengen müraciətlərində rədd edilmə nisbətləri tarixin ən yüksək səviyyəsinə çatıb.
Fins.az xəbər verir ki, bəzi Avropa ölkələri Türkiyəyə viza müraciətlərini iş qrafikinin sıx olduğunu əsas gətirərək may ayının sonuna qədər bağlayıb.
Türkiyənin Avropa Birliyi ölkələri ilə siyasi münasibətlərində yaşanan gərginliklə yanaşı, son illərdə Türkiyə Cümhuriyyəti vətəndaşlıqlarının pulla satılan sayının artması Şengen vizası müraciətlərinə böyük zərbə vurub.
Günel Məlikzadə
Fins.az