ANALİTİKA

19 Aprel

Dünya nəhənginin illik nəticələri

Dünya üzrə təxminən 9200 oteli və 25 brendi ilə dünyanın ən böyük françayzinq otel şirkəti olan Wyndham Hotels Resorts Avropa, Yaxın Şərq, Avrasiya və Afrika (EMEA) regionu üzrə 2023-cü ilin tam illik nəticələrini açıqlayıb.

Fins.az xəbər verir ki, bu müddət ərzində Wyndham EMEA-da 9 brendi yeni ölkələrə təqdim edib. 107 françayzinq müqaviləsi imzalayıb, 87 yeni otel açıb və portfelinə 9500 yeni otaq əlavə edib.

Qeyd edək ki, şirkət portfelinə edilən yeni əlavələrlə EMEA-da Wyndham otellərinin sayı 639-a, otaqların sayı 88 mindən çox, brendlərin sayı isə 15-ə yüksəlib. Wyndham-ın EMEA-dakı 639 otelindən 12-si şirkətin özü tərəfindən idarə olunur. Wyndham-ın EMEA-dakı layihə fonduna 150-dən çox otel layihəsi daxildir.

Günel Məlikzadə
Fins.az