Türkiyə Tacikistan vətəndaşlarına səyahət üçün tələb olunan vizanı ləğv etdi.
Fins.az xəbər verir ki, Rəsmi Qəzetdə dərc olunan Prezidentin fərmanına əsasən, Tacikistanın adi pasport sahiblərinin Türkiyəyə səfərləri üçün vizadan azad edilməsi ləğv edilib.
Sözügedən qərar 6458 saylı Əcnəbilər və Beynəlxalq Mühafizə Qanununun 18-ci maddəsinə uyğun olaraq qəbul edilib.
Qeyd edək ki, Moskvaya hücum edənlərdən ikisinin Tacikistandan Türkiyə üzərindən Rusiyaya uçduğu müəyyən edilib. Türkiyə daha sonra Tacikistan vətəndaşları üçün viza azadlığını ləğv etdi.
Günel Məlikzadə
Fins.az