ANALİTİKA

01 Aprel

Apreldə Türkiyənin payı artıb

Rusiya Federal turizm agentlikləri şəbəkəsi “1001 Tour” aprel ayında rusiyalı turistlərin ən çox tur satın aldığı xarici istiqamətləri açıqlayıb.

Fins.az xəbər verir ki, mart ayında olduğu kimi, aprel ayında da ən çox Misir turlarını rus turistlər alıb. Aprel ayında satılan bütün turların 37 faizi Misirə olub. Mart ayında Misirin payı 32% idi. Mart ayında olduğu kimi Tayland 19% ilə ikinci yerdədir. Üçüncü yerdə 19 faizlə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb. Türkiyə aprelin əvvəlində bütün satışların 16%-i ilə dördüncü yerdə qərarlaşıb. Mart ayında Türkiyənin tur satışlarında payı 11% olub. Beşinci yerdə Rusiyadakı istirahət mərkəzlərinə turlar 8 faizlə alınıb.

İki nəfərlik 10 gecəlik 5 ulduzlu oteldə gecələmə ilə aprel ayında Antalya üçün ən ucuz tur 128 min rubl (44 min 731 TL) olub.

Günel Məlikzadə
Fins.az