ANALİTİKA

21 Fevral

Eyfel qülləsi tətilə görə ziyarətçilərə bağlanıb

Fransanın paytaxtı Parisin ən əhəmiyyətli simvollarından biri olan Eyfel qülləsi işçilərinin tətilə başlaması səbəbindən ziyarətçilərə bağlanıb.

Fins.az xəbər verir ki, qülləyə qalxmaq üçün Parisə gələn turistlər qüllənin qarşısında foto çəkdirməklə kifayətləniblər.

Milli mətbuatda yer alan xəbərə görə, Paris Bələdiyyəsinin qülləni işlədən SETE şirkətindən tələb etdiyi mənfəət payını yüksək görən tətilçilər bələdiyyədən məqbul maaş istəməsini tələb ediblər.

Eyfel qülləsi işçilərinin bağlı olduğu Ümumi Əmək İttifaqının (CGT) nümayəndəsi Stefan Dieu qüllənin bilet satışından əldə etdikləri gəliri abidənin təmiri işlərinə, əməliyyat xərclərinə xərclədiklərini bildirib.

Dieu bildirib ki, bələdiyyə əvvəlki illərdə illik 8 milyon avro dividend ödəyirdisə, son vaxtlar bu rəqəm 16 milyon avroya yüksəlib.

Bələdiyyənin bu mənfəət payını 50 milyon avroya çatdırmaq istədiyini bildirən Dieu, epidemiya zamanı abidənin bağlanması səbəbindən hazırda 100 milyon avro borclarının olduğuna diqqət çəkib.

Eyfel qülləsinin işçiləri SETE-nin maliyyə siyasətinə cavab olaraq 27 dekabr 2023-cü ildə tətilə çıxıblar.

Paris Bələdiyyəsi səhmlərinin 99 faizinə sahib olduğu SETE-nin ən böyük səhmdarıdır.

Günel Məlikzadə
Fins.az