BookingCom bu il 12-ci dəfə verilən Traveller Review Awards 2024-ün qaliblərini elan etdi. Türkiyə ən çox mükafat alan ölkələr və ən qonaqpərvər şəhərlər və destinasiyalar siyahısında ilk 10 ölkə arasında yer almadı.
Fins.az xəbər verir ki, bu il Booking 309 milyondan çox təsdiqlənmiş müştəri rəyinə əsasən 221 ölkə və regionda 1,48 milyon partnyoru mükafatlandırıb. Mükafat sahibləri arasında 1,484 milyon yaşayış müəssisəsi, 449 avtomobil icarəsi şirkəti və 129 taksi provayderi var.
Bu il 12-ci dəfə verilən mükafatlarda İtaliya yeddinci dəfə ən çox mükafat alan ölkə oldu. Digər tərəfdən, ən qonaqpərvər şəhər Braziliyanın Arraial d'Ajuda , ən qonaqpərvər yer isə Birləşmiş Krallığın Perthshire idi . Türkiyənin siyahılarda ilk 10 ölkə arasında yer almaması diqqət çəkib .
Traveller Review mükafatına sahib 10 ölkə:
1.İtaliya: 181,012
2. İspaniya: 125,611
3. Fransa: 124,361
4. Almaniya: 86 910
5. Böyük Britaniya: 74,754
6. Polşa: 61 693
7. Braziliya: 58,788
8. Amerika Birləşmiş Ştatları: 56,014
9. Xorvatiya: 53 971
10. Portuqaliya: 32 910
2024-cü ilin ən qonaqpərvər şəhərləri:
1. Arraial d'Ajuda - Braziliya
2. Ermoupoli - Yunanıstan
3. Viana do Castelo - Portuqaliya
4. Daylesford - Avstraliya
5. Grindelwald - İsveçrə
6. Moab - Amerika Birləşmiş Ştatları
7. Uzes - Fransa
8. Mazatlan - Meksika
9. Caysalmer - Hindistan
10. Fujikavaquçiko - Yaponiya
2024-cü ilin ən qonaqpərvər yerləri
1. Perthshire - Birləşmiş Krallıq
2. Penqhu - Tayvan
3. Boyaca - Kolumbiya
4. Trentino, Alto Adige - İtaliya
5. Los Laqos - Çili
6. Eronqo - Namibiya
7. Otaqo - Yeni Zelandiya
8. Laplandiya - Finlandiya
9. Asturiya - İspaniya
10. Friesland - Hollandiya
Günel Məlikzadə
Fins.az