Türk Hava Yolları Almaniya hava limanlarında tətilə görə 12 reysi təxirə salıb.
Fins.az xəbər verir ki, Türk Hava Yolları (THY ) Almaniyada hava limanlarında təhlükəsizlik və yer xidməti işçilərinin tətili səbəbilə 1 fevral Cümə axşamı (sabah) üçün planlaşdırılan bəzi uçuşları ləğv etdiyini açıqlayıb .
Qərara əsasən, Türk Hava Yollarının İstanbuldan Hamburq , Berlin və Leypsiqə 12 reysi ləğv edilib.
THY Mətbuat Məsləhətçiliyindən verilən açıqlamaya görə, ləğv edilən uçuşlar aşağıdakılardır:
-TK 1668 Hamburq-İstanbul,
-TK 1664 Hamburq-İstanbul,
-TK 1662 Hamburq-İstanbul,
-TK 7882 Sabiha Gökçen-Hamburq,
-TK 7883 Hamburg-Sabiha Gökçen,
-TK 1726 Berlin-İstanbul,
-TK 1724 Berlin-İstanbul,
-TK 1722 Berlin-İstanbul,
-TK 1728 Berlin-İstanbul,
-TK 7729 Berlin-Sabiha Gökçen,
-TK 1337 İstanbul-Leypsiq,
-TK 1338 Leipzig-İstanbul.
Günel Məlikzadə
Fins.az