ANALİTİKA

08 Yanvar

Yanvarda Türkiyədə ziyarət ediləcək 5 yer

Hər fəslinin möhtəşəm olduğu Türkiyə soyuq qış aylarında tamam başqa gözəllik alır. Ancaq ilin bu vaxtında bir çox istiqamətlər ziyarətçilər üçün bir az daha cəlbedici tətil imkanları ilə seçilməyi bacarır. Burada qış fəslini tam hiss edə biləcəyiniz Türkiyədə yanvar ayında ziyarət ediləcək 5 yer tapa bilərsiniz.

Fins.az yanvarda Türkiyədə ziyarət edə biləcəyiniz 5 yeri sıralayıb.

1. Termal - Yalova

Şəfalı isti bulaqları və təbii gözəllikləri ilə heyran olan Yalova, yanvar ayında ziyarət edilməli ən gözəl qış yerlərindən biridir. Zəngin tarixi teksturası ilə diqqət çəkən şəhər gözəl şəlalələri və məşhur Gəzinti Köşkü ilə görməyə dəyər.

2. İstanbul - Ağva

Şəhərin izdihamından uzaq qalmaq istəyənlərin seçimi olan Ağva İstanbula yaxınlığı ilə seçilir. Yaşıl və mavinin ən gözəl çalarlarının bir araya gəldiyi şəhər, xüsusilə dinc təbiət tətilini hədəfləyənlərin sevimli məkanıdır. 

3. Bolu - Abant gölü

İstanbul və Ankara kimi böyük şəhərlərə yaxınlığı ilə seçilən Abant gölü yanvar ayında yüksək şam ağacları ilə əhatə olunmuş gölü və qarla örtülmüş təbii gözəllikləri ilə xoş qış tətili təqdim edir. Açıqcaya bənzəyən möhtəşəm mənzərələrə ev sahibliyi edən Abant gölü xüsusilə romantik bir tətil keçirmək istəyənlərin və fotoqrafiya həvəskarlarının görməli olduğu yerlər sırasındadır.

4. Kapadokya - Nevşehir

Milyonlarla il əvvələ aid tarixi pəri bacaları ilə bütün dünyanın diqqətini çəkən Kapadokya, xüsusilə yanvar ayında pəri bacalarına yağan qarla mükəmməl bir mənzərə təqdim edir. Avanos, Göreme və Ürgüp kimi tarixi və turizm mərkəzlərinə yaxınlığı ilə seçilən Kapadokya, dünyada bənzəri olmayan qaya otellərində hər il minlərlə turisti qəbul edir. 

5. Ərzurum - Palandöken

Qış bir çox insanlar üçün xizək tətili deməkdir. Türkiyənin xizək turizmi üçün ən ideal mərkəzlərindən biri olan Palandöken Kayak Mərkəzinə ev sahibliyi edən Palandöken 3185 metr hündürlüyü ilə baş gicəlləndirir. Demək olar ki, hər səviyyədə xizəkçilər üçün xüsusi trekləri ilə seçilən Palandöken, möhtəşəm qar mənzərəsi və gözəl otelləri ilə qış tətili üçün idealdır.

Günel Məlikzadə
Fins.az