ANALİTİKA

11 İyul

BMT: 2030-cu ilə qədər 575 milyon insan yoxsul olacaq

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 2030-cu ilə qədər dünyada 575 milyon insanın həddindən artıq yoxsulluqla mübarizə aparacağı, 84 milyon uşağın isə məktəbə gedə bilməyəcəyi proqnozlaşdırılır.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, BMT-nin dərc etdiyi hesabatda 2030-cu il İnkişaf Məqsədlərinin həyata keçirilməsində riskə, o cümlədən “sıfır aclıq”a diqqət çəkilərək, qarşıya qoyulan 140 hədəfin yalnız 15 faizinin reallaşa bildiyi paylaşılıb.

BMT-nin baş katibi Antonio Quterreş hesabatın ön sözündə xəbərdarlıq edib: "Əgər indi hərəkətə keçməsək, 2030-cu il gündəmimiz bütün dünya üçün məzar daşı olaraq qalacaq."

Zəminə Hüseyn
Fins.az