ANALİTİKA

08 İyul

Yaşıl enerji keçidində kritik minerallara tələbat artır

BP-nin 2023-cü il üzrə Dünya Enerji Görünüşü Hesabatından tərtib edilən məlumata görə, karbohidrogenlərin rolunun azaldılması, bərpa olunan enerji mənbələrinin artırılması, elektrikləşdirmənin genişləndirilməsi və aşağı karbonlu hidrogendən istifadəyə yanaşmalar, bu avadanlıqların istehsalı üçün tələb olunan kritik mineralların əhəmiyyətini genişləndirməklə, bu avadanlıqların istehsalının əhəmiyyətini artırır. 

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Günəş və külək enerjisində istifadə edilən mis, litium və nikel kimi kritik mineralların payı, akkumulyator, hidrogen və karbon qazı boru kəmərləri və saxlama texnologiyaları istehlakda artarkən, bu mineralların və mədənlərin infrastruktur işlərində istifadəsi ilə tələbat artır.

İqlim dəyişikliyi ilə mübarizə hədəfləri və öz enerji təhlükəsizliyini öz resurslarından təmin etmək istəyən ölkələr, yerli və bərpa olunan enerji mənbələrinə investisiyalarını artıraraq, yaxın gələcəkdə bu minerallara və mədənlərə tələbatın artacağı proqnozlaşdırılır.

Hesabata görə, 2020-ci ildə qlobal mis tələbatı 20 milyon tondan çox olduğu halda, hesabatın "2040 Net Zero" ssenarisinə görə 2040-cı ildə tələbatın 60 milyon tona yaxınlaşacağı təxmin edilir.

Misə tələbatın artmasının ən mühüm səbəbi elektrik şəbəkələrinin yaradılması və inkişafında aşağı karbonlu texnologiyadan istifadəyə diqqətin yönəldilməsidir.

Eyni şəkildə, litium karbonat ekvivalenti litium tələbinin 2020-ci ildə 200 min ton olacağı hesablanarkən, nəqliyyatda aşağı karbon və elektrikləşdirmə texnologiyalarının artması ilə sözügedən ssenariyə görə tələbatın 6,2 milyon tona çatacağı gözlənilir.

Qlobal litium tələbatının ən böyük artım faktoru nəqliyyatda fosil ehtiyatlar əvəzinə elektrikli nəqliyyat vasitələrinin geniş yayılması olaraq qeyd edilsə də, iki və üç təkərli nəqliyyat vasitələri də daxil olmaqla qlobal elektrik nəqliyyat vasitələrinin sayı 2050-ci ilə qədər 1 ilə 2 milyard arasında olacaq.

Elektrikli nəqliyyat vasitələrinin inkişafı akkumulyator texnologiyalarının inkişafı ilə birbaşa mütənasib olaraq artsa da, bu dövrdə nəqliyyatda illik akkumulyator tutumunun tələbinin 10-20 terawatt saata çatacağı hesablanır.

Nikele tələbatın 2020-ci ildə 2,2 milyon ton olaraq hesablandığı halda, aşağı karbonlu enerji sistemlərinin inkişafı və elektrik nəqliyyatı texnologiyalarının artması ərəfəsində tələbatın 9 milyon ton səviyyəsində olacağı hesablanır. 

Qlobal nikelə tələbatın artmasının ən böyük dəstəkçisi nəqliyyatda elektrikləşdirmə fəaliyyətlərinə və infrastruktur işlərinə marağın artması kimi göstərilir. Elektrikli nəqliyyat vasitələrində istifadə edilən nikel və litium-ion akkumulyatorların geniş istifadəsi bir-birini dəstəkləyən amillər kimi diqqəti çəkir.

Hesabata görə, reallaşacaq layihələr üçün kritik mineral və mədən sektoruna investisiyaların artırılması çox vacibdir.

Zəminə Hüseyn
Fins.az