ANALİTİKA

06 İyul

AVB: İstehlakçılar Avrozonada inflyasiyanın düşəcəyini gözləyirlər

Avropa Mərkəzi Bankının (ECB) İstehlakçı Gözləntiləri Araşdırmasına görə, gələn il üçün istehlakçıların Avrozonada inflyasiya gözləntiləri 2022-ci ilin mart ayından bəri ən aşağı səviyyəyə düşüb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, buna görə Avrozonada istehlakçıların 12 aylıq ortalama inflyasiya gözləntisi 4,1%-dən 3,9-% a geriləyib.

İstehlakçıların növbəti 3 il üçün inflyasiya gözləntiləri 2,5 % səviyyəsində sabit qaldı. AVB ortamüddətli perspektivdə 2 % inflyasiya hədəfləyir.

İstehlakçılar növbəti 12 ay ərzində işsizliyin orta hesabla 11 % olacağını gözləyirlər. Aprel ayında bu nisbət 11,2 % olaraq proqnozlaşdırılırdı.

Zəminə Hüseyn
Fins.az