ANALİTİKA

25 İyun

Taxıl koridorunda son vəziyyət nə yerdədir?

Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu Türkiyənin verdiyi zəmanətlə açılan “Taxıl Dəhlizi”nin bir çox ölkəyə fayda verdiyini ifadə edərək, “Ən çox yükü olan ölkələr Çin, İspaniya, Türkiyə və İtaliya idi” deyib.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin ən çox taxıl daşındığı üçüncü ölkə olduğunu vurğulayan Uraloğlu, "44 ölkənin yer aldığı siyahıda 987 gəmidən 290-ı Türkiyə bayraqlı, 224 gəmi isə ölkəmizin müxtəlif limanlarına gəlib. Ümumilikdə 13 taxıl və taxıl məhsulları növləri, arpa, buğda, qarğıdalı, soya, buğda kəpəkləri, emal edilmiş qarışıq qida, soya, günəbaxan tumları, günəbaxan unu, günəbaxan yağı və noxuddur." - deyə bildirib.

O bildirib ki, 1 avqust 2022-20 iyun 2023-cü il tarixləri arasında daşınan taxılın ümumi miqdarı 32 milyon tondur. 

Leyla Fikrətqızı
Fins.az