ANALİTİKA

25 İyun

BofA hesabatı: İnvestorlar hansı səhmləri tərk edir?

Bank of America-nın EPFR Global məlumatlarından tərtib etdiyi hesabata görə, investorlar texnologiya sektorunu tərk etməyə davam edir.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, 21 İyun həftəsində texnologiya sektorundan 2 milyard dollar çıxıb. Bu, son 10 həftədə müşahidə edilən ən böyük kapital axını olub.

BofA hesabatına görə, ABŞ-ın səhm fondlarından 5,7 milyard dollar çıxıb və bu, son 4 həftədə görülən ilk kapital axını olub.

2,6 milyard dollar Avropa kapital fondlarından, 300 milyon dollar isə inkişaf etməkdə olan bazar fondlarından əldə edilib.

21 iyun həftəsində Yaponiya səhmlərində 2,4 milyard dollarlıq kapital axını reallaşıb.

Zəminə Hüseyn
Fins.az