ANALİTİKA

12 İyun

HƏFTƏNİN İQTİSADİ YEKUNLARI

Ötən həftə Azərbaycanda mühüm iqtisadi hadisələr baş verib.

Fins.az xəbər verir ki, keçən həftə ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra qanun təsdiqləyib. Milli Məclisdə bir sıra müzakirələri baş tutub və bank sektorunda mühüm hadisələr olub.

Prezident "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Mərkəzi Bankın müstəqilliyi artırılır. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Sahibkarlıq sahəsində yoxlamalarla bağlı qanuna mühüm dəyişikliklər qəbul edilib.

ABŞ Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib.

Ötən həftə bank və sığorta sektorunda yadda qalan hadisələrdən biri  Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nin ləğvedicisi təyin edilib.

 

 

Biznesinizin inkişafı üçün Yelo Bank-dan illik 5%-lə kredit.  ABB bizneslər üçün xidmət paketləri 50%-dək endirim təqdim edir. Unibankdan biznes üçün yay kampaniyası: kartlar pulsuz, komissiya sıfır! 

Zəminə Hüseyn
Fins.az