ANALİTİKA

25 May

İstanbul limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İstanbul limanı 244 min 265 ton yük qəbul edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, İstanbul limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 2 min 282 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 241 min 983 ton yük daşınıb.

"2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İstanbul limanından 13 min 737 ton tranzit yük aşırılıb", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyə limanları 33 milyon 600 min 55 ton yük qəbul edib.