ANALİTİKA

10 Aprel

Dünya dollardan qurtulur

Le Figaro: ABŞ özünün dollar hökmranlığını devirmək üçün geriyə dönməyəcək bir prosesə başlayıb.

“Bretton Woods“ müqaviləsi imzalanandan sonra ABŞ öz valyutası sayəsində ticarətdə hökmranlıq etməyə başladı. Lakin onların “dolları silaha çevirmək” üzərində nəzarəti Ukrayna münaqişəsi başlayandan zəifləməkdədir.

Hələ 1965-ci ildə uzaqgörən general Şarl de Qoll keçirdiyi mətbuat konfransında “dolların əndazəsiz imtiyazını” kəskin tənqid etmişdi. 1946-1971-ci illər arasında ABŞ öz pul vahidini, bir unsiya üçün 35 dollar sabit məzənnə ilə qızıla dəyişməyə razılıq verəndən sonra dollar dünyanın əsas ehtiyat və mübadilə valyutasına çevrildi.

Mərkəzi banklar öz ehtiyatlarını yaratmaq üçün dollar almağa tələsdilər. Çünki bu valyutada olan əmanətlər qızıl kimi sabit, lakin daha asan idarə olunurdu. Amerikalılar çap maşınını işə salanda sanki qızıl istehsal edirdilər. De Qoll başa düşürdü ki, amerikalılar Vyetnamdakı müharibəni və kosmosun fəthini avropalıların hesabına maliyyələşdirirlər. Məhz buna görə də Fransa Bankı 1965-ci ildən sistemli şəkildə dollar ehtiyatlarını qızıla dəyişməyə başladı. Lakin 1971-ci il avqustun 15də ABŞ heç bir müttəfiqini xəbərdar etmədən dolların qızıla mübadiləsini dayandırmaq haqqında qərar verdi.

1973-cü ildən başlayaraq “qara qızıl”ın qiyməti kəskin qalxdıqda qaimə-fakturalar həmişə dollarla olurdu neft dollarları problemi yarandı. Enerji bazarlarında sərbəst buraxılan böyük məbləğlər prioritet qaydada yenidən ABŞ bazarlarına sərmayə kimi yatırılırdı. Bu da, avropalı tərəfdaşların məyus olmalarına baxmayaraq, ABŞ iqtisadiyyatına böyük üstünlük qazandırırdı. Dollar bizim pul vahidimizdir, amma sizin probleminizdir” – deyə, ABŞ-ın o vaxtkı maliyyə naziri Con Konnalli qızılla mübadilənin birtərəfli qaydada dayandırılmasından qısa müddət sonra belə bir xəbərdarlıq etmişdi.

Dollar kralının devrilməsi

1999-cu ildə dövriyyəyə buraxılan avro dünya valyutası kimi uğur qazanırdı. Lakin Aİ-də vahid xəzinə olmadığı üçün avro nə Nyu-York bazarları ilə rəqabət apara, nə də dünyanın əsas ehtiyat və valyuta vahidi olan dolları devirə bildi. İstisnasız olaraq bilavasitə ABŞ-ın günahı ucbatından yaranmış 2008-ci il dünya maliyyə böhranı paradoks da olsa, dolları gücləndirdi. Barak Obama 2009-cu ilin martında keçirdiyi mətbuat konfransında ABŞ valyutasının dünya ticarətində və beynəlxalq ehtiyatlarda hökmranlığını qoruyub saxlayacağını proqnozlaşdırdı. Ancaq onun arqumenti iqtisadi yox, siyasi idi: “Çünki ABŞ dünyanın ən sabit və şəaf ölkəsidir”

Hamıya bəllidir ki, ABŞ büdcəsi, Federal Ehtiyatlar Sistemi və maliyyə sistemi necə işləyir. Amma onların çinli analoqları qeyri-şəafdır. Ona görə dollar ən yaxşı sığınacaq-valyutası olaraq qalır. Belə ki, hətta qlobal maliyyə böhranı dövründə iqtisadi təhlükə ABŞ-ın öz günahı ucbatından yaransa belə, investorlar dolların köməyinə müraciət etməyə üstünlük verirlər. Bu, 2008-2009-cu illərdə dolların avro və yienə nisbətdə möhkəmlənməsi zamanı da baş vermişdi. Bu gün hələ də dollar dünya valyuta ehtiyatlarının 59 faizini 1999-cu ildə 72 faiz təşkil edir. Lakin öz valyutalarını siyasi təzyiq alətinə çevirən amerikalılar, özləri də bilmədən, dollar kralını devirmək üçün ümumdünya hərəkatına başlayıblar.

Dollardan silah kimi  istifadə edilir

2014-cü ildə BNP bankı Avropa və Fransa qanunlarına söykənərək Kuba, Sudan və İrandan ixracı dollarla maliyyələşdirdiyinə görə ABŞ-a 9 milyard dollar cərimə ödəməli oldu, baxmayaraq ki, bu üç ölkə Avropa və Fransanın yox, ABŞ-ın embarqosu altında idi. Təzminat Nyu Yorkda BNP-nin saniyənin milyonda birində e-poçt hesabına həyata keçirildiyi üçün ABŞ-ın ədalət məhkəməsi öz ərazi yurisdiksiyasını elan etdi.

Amerikalılar öz qanunlarını başqa dövlətlərə bax, belə tətbiq edirlər. 2018-ci ildə Tramp 2015-ci il Vyana nüvə sazişini birtərəfli qaydada ləğv etdikdən sonra Avropa şirkətləri də İranı tərk edərkən görünür, elə buna boyun əyməli oldular.

“Dolların silaha çevrilməsində” növbəti addım Putinin Ukraynada xüsusi əməliyyata başlamasından sonra - 2022-ci ildə Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarının dondurulması oldu. Qərbdən fərqli olaraq digər ölkələrin liderləri bundan sonra özlərinə sual etdilər: “Əgər mən qonşu ilə döyüşsəm və bu münaqişə Vaşinqtonun xoşuna gəlməsə, mən birdən-birə valyuta ehtiyatlarımın böyük hissəsini itirə bilərəm. Ona görə də dollar ticarətinin həcmini azaltmalıyam”. Moskva da indi məhz bunu edir, həmçinin Ər-Riyad da. Onun Çinə son neftə görə hesabı yuanla olub Çinin də ofşor bazarı artıq 200 milyard dollar ekvivalentindədir.

Bundan əlavə, BRICS ölkələri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika özlərinin ticarət mübadilələrini maliyyələşdirmək üçün valyutalarını yaratmağı planlaşdırırlar. Çində artıq daxili banklararası elektron hesablaşma sistemi hazırlanıb. Bu da Qərb tərəfindən idarə olunan SIFT sisteminə alternativdir.

Doğrudur, dünyanın dollardan xilası bir gecədə baş tutmayacaq. Lakin bu, prosesin artıq geriyə dönüşünün olmadığını göstərir. 

© “Xalq qəzeti”