ANALİTİKA

18 Yanvar

Ötən il ölkədə hava nəqliyyatı ilə sərnişindaşımaların 99,7%-i AZAL-ın payına düşüb

Azərbaycanda ötən ilin yanvar-dekabr aylarında hava nəqliyyatı ilə 2 253,8 min və ya 2,0 dəfə çox sərnişin daşınıb.

Fins.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daşımaların 99,7%-i dövlət, 0,3%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

“Bu nəqliyyat növü ilə yükdaşıma 27,1% azalaraq, 406,2 min ton olub”, - məlumatda qeyd olunur.