ANALİTİKA

31 Avqust

Azərbaycan regionda davamlı inkişaf və tərəqqiyə xidmət edir

Hazırda düşmən tərəfindən dağıdılan, tarmar edilən yaşayış sahələrimizdə genişmiqyaslı bərpa-quruculuq layihələri reallaşdırılır. Yüksək sürətlə aparılan tikinti işləri ilə Azərbaycan Vətən müharibəsində olduğu kimi, Qarabağın bərpasında da gücünü bütün dünyaya nümayiş etdirir. Bu, eyni zamanda, ölkəmizin regionda davamlı inkişaf və tərəqqiyə səmərəli xidmətindən xəbər verir.

Dövlətimizin başçısının rəhbərliyi ilə erməni barbarlığının qurbanı olan yaşayış sahələrində hazırda mühüm strateji obyektlər, müəssisələr işə salınır, yenilərinin təməli qoyulur, yüksək texnologiyaların tətbiqinə start verilir, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində önəmli tədbirlər gerçəkləşdirilir. Bütün bunlar dövlətimizin başçısının qəsbkardan xilas olunan rayonlara səfərləri ilə bir daha öz təsdiqini tapır.

Azərbaycan Prezidenti İlham Əliyev yorulmaz fəaliyyətində bütün bunlarla bərabər, dünyada ciddi narahatlıq doğuran hadisələr, kəskin, ziddiyyətli dəyişikliklər fonunda qlobal öhdəliklərə, sülhə, əmin-amanlığa, humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirir, sülh və təhlükəsizliyin gerçəkləşdirilməsi istiqamətində çevik, konstruktiv siyasət yürüdür. Bu, dövlət başçımızın regionda sülhü və əməkdaşlığı təşviq etməsi barədə konkret mövqeyində də özünü aydın büruzə verir və bu istiqamətdə göstərdiyi bütün səylər dünyada yüksək dəyərləndirilir, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.

Bütün bunlar Azərbaycanın nə qədər sülhsevər bir ölkə olduğunu bir daha dünyaya nümayiş etdirir. Beləliklə, Azərbaycan regionda davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Respublikamız hazırda da bu istiqamətdə real addımlar atır və bölgənin yeni əməkdaşlıq formatının yaradılması məqsədilə Azərbaycan regionda davamlı inkişaf və tərəqqiyə xidmət edir infrastruktur layihələrinin, xüsusilə Zəngəzur dəhlizinin icrasını sürətləndirir.

Zəngəzur dəhlizinin  icrasından söz düşmüşkən, bir məqamı xatırlatmaq istərdik. Dövlətimizin başçısı çıxışlarından birində Zəngəzur dəhlizinin – Horadiz–Zəngilan–Ağbənd dəmir yolu istifadəyə veriləndən sonra regionun uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsinə əminliyini ifadə edib. Eyni zamanda, bu dəmir yolunun digər nəqliyyat layihələrinin də reallaşdırılmasına mühüm təsir göstərəcəyini diqqətə çatdırıb: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.

Ümumiyyətlə, Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları da HoradizZəngilan- Ağbənd dəmir yolu xəttinin uğurla reallaşdırılacağına imkanı verəcək. Digər tərəfdən, bu infrastruktur bütün Türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadisiyasi birliyin qurulmasına və möhkəmlənməsinə əsaslı təsir göstərəcək.

Yeri gəlmişkən, burada onu da qeyd edək ki, Vətən müharibəsindən ötən müddətdə Qarabağda bərpa-quruculuq işləri çərçivəsində enerji, kommunal xidmət obyektlərinin, nəqliyyat infrastrukturlarının inşası sürətlə davam etdirilib. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması ilə Azərbaycan iqtisadiyyatı artıq bir neçə dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektorial strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar üzə çıxarıb.

Bir sözlə, Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması önəmli rol oynayıb. Elə buna görə də həyata keçirilən tədbirlər və qlobal miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə Azərbaycanı regionda mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib.

Son illər ərzində ölkəmizdə avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq kimi müəyyənləşdirilib. Bu əsasda bütün regionun qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcəyi nəzərdə tutulub.  Nəticədə ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq. İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması gerçəkləşdiriləcək. olmağa xüsusi önəm verib. Bu, Prezident İlham Əliyevin nüfuzlu dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə söhbətlərində də öz aydın ifadəsini tapıb. hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafına əhəmiyyətli təsir göstərməklə yanaşı, ölkəmizin regionda tranzit potensialını daha da gücləndirib.

Prezident İlham Əliyev Vətən müharibəsində  parlaq qələbə əldə edilməsindən sonra ordusu və iqtisadiyyatı acınacaqlı duruma düşən Ermənistana vəziyyətdən çıxmağın yeganə yolunu sülh müqaviləsinin bağlanmasında gördüyünü dəfələrlə xatırladıb, Qarabağın təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərini önə çəkib.

Dövlətimizin başçısı bu istiqamətdə göstərilən bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləyib, Azərbaycanın sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə daim hazır olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı postmünaqişə dövründə bölgədə əmin-amanlığın yaradılmasına daim konstruktiv yanaşıb, hər zaman əsas diqqəti Cənubi Qafqazda postmünaqişə vəziyyətinə yönəldərək, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqliyini bəyan edib. Ölkə rəhbəri regionda hər hansı yeni müharibə riskinin minimuma endirilməsinə nail Azərbaycanın regionda davamlı inkişaf və tərəqqiyə xidməti ilə bağlı bir məqamı da xatırlatmaq istərdik. Belə ki, beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl və məqsədyönlü iş Azərbaycanın bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsində xususi rol oynayıb. Nəticədə son illər ərzində ölkəmizin BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da möhkəmlənib.

Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edildiyi beynəlxalq qurumlar arasında İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) mühüm yer tutur. İƏT hökumətlərarası təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. Xatırladaq ki, 1964– 1979-cu illərdə fəaliyyət göstərən Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı sayılan bu qurumun əsas məqsədi üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət‒özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaq. onların davamlı iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatlarının dünya iqtisadiyyatına inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin yüksək səviyyəyə qaldırılması, iqtisadiyyatın və ticarətin liberallaşdırılması və regiondaxili ticarətin təşviqi, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsinin gerçəkləşdirilməsi olub.

Azərbaycan İƏT Nazirlər Şurasının 1992-ci ilin 28 noyabr tarixində İslamabadda keçirilən növbədənkənar iclası zamanı təşkilatın üzvlüyünə qəbul olunub. Həmin gün Azərbaycanla yanaşı, daha 5 ölkə – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan da təşkilata üzv seçilib. İƏT davamlı şəkildə sıralarını genişləndirməklə Avrasiyada əhəmiyyətli regional birliyə çevrilib və nüfuzlu beynəlxalq təşkilat kimi təşəkkül tapmağa başlayıb. İƏT həm də artıq həllini tapan Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edib, respublikamızın yerləşdiyi regionda davamlı inkişaf və tərəqqiyə xidmətini dəstəkləyib. 

Regional həmrəyliyə diqqətlə yanaşan Azərbaycan hər zaman İƏT-in fəaliyyətinin daha da canlandırılmasına çalışıb və bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirib. İndiyədək Azərbaycan çox mühüm iqtisadi, o cümlədən enerji və nəqliyyat layihələri həyata keçirib. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum neft-qaz kəmərləri, Cənub qaz dəhlizi, Bakı–Tbilisi– Qars dəmir yolu xətti İƏT üzvü olan dövlətlər üçün də ən əlverişli iqtisadi imkanlar yaradıb. Bütün bunlarla ölkəmiz İƏT-in regionda daha səmərəli fəaliyyətini reallaşdırıb. Bütövlükdə Azərbaycanın təşəbbüsləri ilə İƏT daha da inkişaf edib, dünyada öz mövqelərini möhkəmləndirib, təşkilat daxilində inteqrasiya prosesləri güclənib.

“Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıya qoyulan bütün bu məqsədlərin reallaşdırılması üçün qəbul olunan “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”da da ölkəmizin  regionda davamlı inkişaf və tərəqqiyə xidmətinin daha da gücləndirilməsi ilə   bağlı bir sıra mühüm vəzifələr qoyulub.  Belə ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşmasının təmin olunması, müasir şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış komplekslərinin inşa edilməsi, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının həyata keçirilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu əsasda bütün regionun qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcəyi nəzərdə tutulub.  

Nəticədə ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq. İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması gerçəkləşdiriləcək.

Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət‒özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaq. 

Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaqdır. İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarət xidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək.

İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən, rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergigömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaq. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq. Bu Prioritet “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində icra ediləcək