Azərbaycanda regionların inkişafı həmişə prioritet məsələlərdən biri olmuşdur. Görülən işlər regionların inkişaf potensialının artırılmasına, işgüzar və investisiya mühitinin yaxşılaşdırılmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin əhalinin rifahının yüksəldilməsinə, ekoloji təhlükəsizliyin möhkəmləndirilməsinə şərait yaratmışdır. Prezident İlham Əliyevin bölgələrə növbəti səfərləri həm ölkəmizin hərtərəfli inkişafına, həm də əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsinə xidmət edən addımlardır. Bununla yanaşı, dövlət başçısının səfər zamanı proqram xarakterli çıxışları dünyaya zəruri mesajların çatdırılması baxımından da böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın inkişaf strategiyasının ümumi xətti təkcə paytaxt Bakı və Abşeron yarımadası ilə məhdudlaşmır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin hazırkı inkişaf tempinə uyğun olaraq, bölgələrdə də abadlıq və yenidənqurma işləri davam etdirilir. Regionlarda iqtisadiyyatın güclənməsi ilə yanaşı, əhalinin həyat səviyyəsinin və məşğulluğunun yaxşılaşdırılması istiqamətində əməli işlər aparılır. Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, avtomobil yollarının tikintisi və yenidən qurulması, su, qaz və elektrik təchizatı sistemlərinin yenilənməsi və müasirləşdirilməsi, körpülərin tikintisi, sosial obyektlərin yenidən bərpası və əsaslı təmiri işləri həyata keçirilir. Prezident İlham Əliyev hər zaman ölkə regionlarının sosial-iqtisadi inkişafını prioritet hesab edir. Bu siyasətin əsas məqsədi Bakı ilə yanaşı, bütün regionların hərtərəfli və davamlı inkişafına nail olmaqdır. Dövlət başçısının avqustun 12-də Qobustan, Ağsu, İsmayıllı rayonlarına səfərləri də bunu bir daha təsdiqləyir. Bu gün “Azərbaycan Respublikası regionlarının 20192023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” sistemli, ardıcıl və davamlı şəkildə həyata keçirilir. Bütün bu amillər ölkə başçısının regionlara və vətəndaşlarımıza, onların sağlamlığına, maddi rifahına xüsusi diqqətinin təzahürüdür. Cənab Prezidentin mütəmadi olaraq müxtəlif bölgələrə səfərləri bu ərazilərin tarazlı inkişafına və müasirləşməsinə bilavasitə töhfə verir. Bununla yanaşı, regionlarda “ASAN xidmət” regional mərkəzlərinin açılması rayon əhalisinin həyat səviyyəsinin paytaxta çatdırılması baxımından son dərəcə mühüm addım kimi qiymətləndirilir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi ölkənin və onun regionlarının milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Etibarlı ərzaq təminatı hər bir ölkənin və regionun iqtisadi sabitliyinin və sosial dayanıqlığının əsas şərtidir. Ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas məqsəd emal müəssisələrinin xammalla, əhalinin isə ərzaq məhsulları ilə təminatlı və dayanıqlı təmin edilməsindən ibarətdir.
Hesablamara görə, ərzaq təhlükəsizliyi 4 amillə müəyyən edilir: qidanın mövcudluğu, hər bir insanın ərzaqla təhlükəsizlik məhsulları ilə etibarlı təminatı üçün məqsədyönlü tədbirlər, eləcə də ərzaq təhlükəsizliyini bilavasitə şərtləndirən aqrar sahənin inkişafına yönəlmiş genişmiqyaslı dövlət proqramları həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları mühüm rol oynayır.
Avqustun 12-də Prezident İlham Əliyev İsmayıllı rayonunun Azərbaycan bu sahədə də özünü təmin etmiş ölkəyə çevriləcək. Dövlət başçısı əmin olduğunu vurğuladı ki, ərzaq təhlükəsizliyi məsələləri Azərbaycanda maksimum dərəcədə təmin olunacaq.
Bununla belə, Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bu gün 100 faiz ərzaq məhsulları ilə təmin olunmur, bu istiqamətdə ardıcıl işlər aparılır. Ancaq ölkə Ərzaq təhlükəsizliyi yüksək səviyyədə təmin olunacaq başçısı diqqətə çatdırdı ki, bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Prezident növbəti 3-5 il ərzində bu məsələdə yüz faiz səviyyəsinə çıxacağımıza əmin olduğunu da açıqladı.
Dövlət başçısı müsahibəsində hamını maraqlandıran taxılla təminatı, qidadan istifadə (qidada mövcud olan vitaminlərin insan orqanizmində rolu) və ərzaq təminatının davamlılığı. Ərzaq istehsalı tələbatın 80-85 faizini, mövcud resurslar isə tələbatın 20-25 faizini ödədikdə və qida rasionunda adambaşına düşən kalori miqdarı 2400-2500-dən çox olarsa, ərzaq təhlükəsizliyinə nail olunmuş hesab edilir. Azərbaycanda əhalinin ərzaq Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində ərzaq təhlükəsizliyinə toxunaraq, mühüm məlumatlar da açıqladı. Dövlət başçısı bildirdi ki, bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. Prezident İlham Əliyevin respublikamız bu istiqamətdə fəal iş aparıldığını vurğulayaraq əlavə etdi ki, görülmüş və görüləcək işlər nəticəsində bağlı vəziyyətə də aydınlıq gətirdi.
Məlumdur ki, Ukrayna-Rusiya münaqişəsindən sonra dünyada taxıl qıtlığı barədə hökm sürən narahatlıq hələ də davam edir. Azərbaycanda da taxıl ilə bağlı vəziyyətin necə olacağı ilə əlaqədar müəyyən narahatlığın olduğunu hamı bilir. Prezident İlham Əliyev müsahibəsində əhalinin diqqətinə çatdırdı ki, Azərbaycanda bu sahədə heç bir problem yoxdur: “Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək. Gübrəyə gəldikdə isə, bildiyiniz kimi, biz özümüz də artıq gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal olunur”.
Doğrudur, dövlət başçısı həmçinin vurğuladı ki, Azərbaycan özünü hələ uzun illər tam təmin edə bilməyəcək. Bununla belə, Prezident hesab etdiyini də açıqladı ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Dövlət başçısı Azərbaycanın real həyatda yaşadığını vurğulayaraq əlavə etdi ki, bütün problemlərdən tam sığortalanmaq üçün praktiki işlər aparılır və aparılacaqdır. “Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Eyni zamanda, biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq.
Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır”, – deyən dövlət başçısı hesab etdiyini də açıqladı ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən, ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində Azərbaycana böyük kömək göstərəcək.