ANALİTİKA

27 İyun

Türk lirəsinin kəskin bahalşma səbəbi nə idi?

Türk lirəsi kredit məhdudiyyətlərini tətbiq etdikdən sonra dollara qarşı kəskin şəkildə bahalaşdı.

Türkiyə, faiz dərəcəsini artırmadan lirənin zəifləməsini dayandırmaq üçün yeni yollar tapmağa çalışır və çıxış yolu kimi kredit məhdudiyyətlərini tətbiq etməyə başlayıb. Belə ki, Türkiyənin bank tənzimləyicisinin xarici valyutada aktivləri müəyyən edilmiş hədlərdən artıq olan şirkətlər üçün lirədə kreditlərə məhdudiyyətlər qoyduğudan sonra, lirə dollar qarşısında iyunun 25-i cümə günü axşam 5% bahalaşdı.

Tənzimləyici, xarici valyutada olan pul mövqeyləri onların aktivlərinə və ya illik satış həcminə görə müəyyən bir səviyyədən artıq olduqda, bəzi korporativ borcalanlara lirədə kommersiya kreditlərini qadağan etmişdir.

Şirkət, əgər onun  valyuta aktivləri 15 milyon lirədən çox ekvivalent məbləğindədirsə və bu aktivlər ümumi aktivlərin və ya illik satış həcminin 10% - dən çoxunu keçirsə, lirədə yeni kredit ala bilməz.

Daha əvvəl, Türkiyə Maliyyə Nazirliyi iyul ayında qüvvəyə minəcək bir proqram hazırladı. Bu proqram çərçivəsində Türkiyə, əcnəbilərə lirədə milli investorlar üçün nəzərdə tutulan eyni dərəcə ilə likvidlik təklif edəcək.

Beləliklə, USDTRY yeni həftəyə kəskin enişlə daxil olub. Valyuta məzənnəsi 16.10 qiymət səviyyəsinin altını test etdi. Qeyd edək ki, mayın 26-dan etibarən USDTRY-də ən aşağı qiymət səviyyəsi müşahidə olunub.

© investaz