Dünyada baş verən siyasi-iqtisadi proseslər sürətlə dəyişir. Bu dəyişim sahibkarlara da öz təsirini göstərir və yeni tələbləri gündəmə gətirir. Müasir keyfiyyətli xidmətlə yanaşı, brendlərə göstərdiyin xidmətin effektiv və sərfəli şərtlərlə ictimaiyyətə çatdırması əsas tələblərdən biridir. Hazırki dövürdə xəbər platformaları və sosial şəbəkələr brendlərin reklamı üçün əsas daşıyıcılarına çevirilib.
Müsahibimiz uzun müddətdir ki, ölkəmizdə faəliyyət göstərən sahibkaralara reklam və informasiya yayımında dəstək göstərən “Fins Analitik” şirkətinin rəhbəri Vüqar Bağırovdur.
- “Fins Analitik” öz fəaliyyəti müddətində sahibkarlara hansı imkanları yaradıb?
- İlk öncə bildirmək istərdim ki, “Fins Analitik” şirkətinin tərkibində olan www.fins.az portalı artıq 9 ildir ki, fəaliyyət göstərir. Bu xəbər portalı sığorta sektoru ilə bağlı yenilikləri oxucuya çatdırmaqla fəaliyyətə başlayıb. Sonrakı mərhələdə maliyyə sahəsinin digər istiqamətləri, eyni zamanda bank sektoru ilə bağlı operativ məlumatların ictimaiyyətə çatdırılmasını həyata keçirib. 2015-ci ildən etibarən isə iqtisadiyyatın bütün sahələrinin fəaliyyətini geniş kütləyə çatdırmağa başlayıb. Portal həm fəaliyyətinin şəffaflığı, həm də reytinq baxımından hər zaman nümunəvi iş prinsipi ilə seçilib. “Fins.az” daim sahibkarların yanında olub, onların fəaliyyətini işıqlandırıb və geniş ictimaiyyətə çatdırmaqla biznes subyektlərini dəstəkləyib.
- Hansı prinsiplər əsasında sahibkarlarla əməkdaşlıq edirsiniz?
- Fins Analitik” olaraq biz “Azərbaycan Sahibkarlar Konfederasiya”-sının üzvüyünə qəbul edilmişik. Konfederasiya ilə sahibkarların tanıdılması və fəaliyyətinin işıqlıandırması istiqamətində genişmiqyaslı əməkdaşlıq edirik. Portfoliyamızda hazırda 70-dən çox müştəri var. Biz sahibkarlarla abunəçilik prinsipi ilə işləyirik. Bu isə onlara brendləri barədə daha geniş məlumat verməyə imkan yaradır. Nəzərinizə çatdırım ki, saytımızın aylıq oxucu sayı 500 minə yaxındı.
- “Fins Analitik” şirkəti “Smartbee” platforması ilə əməkdaşlığa başlayıb. “Smartbee” nədir və hansı üstünlükləri var?
- “Fins Analitik” sahibkarlara faydalı ola biləcək dəstək mexanizmləri barədə bazar araşdırmasının nəticəsi olaraq “Smartbee” platforması ilə əməkdaşlığa başlayıb. Platformanın üstün cəhəti ondan ibarətdir ki, bir platforma üzərindən ölkəmizdə mövcud olan saytların 80%-də siz öz reklamınızı yerləşdirə bilərsiniz. "Smartbee” platformasında reklam büdcəsini və daşıyıcıları (saytları) özünüz seçirsiniz, ən effektiv gedirdönüş nəticəsinə varanadək daşıyıcıları dəyişdirə bilərsiniz. Platformaya ölkəmizdən 230-a yaxın saytı daxil olub.
- Sahibkarlara nə tövsiyyə edərdiniz?
- Dövlət başçımızın siyasətinə dəstək verərək dayanıqlı yerli brendlərimizi yaradıb dünya bazarlarına çıxarsınlar, biz isə öz növbəmizdə daima informasiya dəstəyi verməyə hazırıq.
Məhsullarımız barədə daha ətraflı məlumat almaq üçün (012 ) 440 -51-98 və ya (055) 388-00-98 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.