Türkiyədə iyunun 1-dən elektrik enerjisinin (15%), benzinin (13%) və təbii qazın ( 30%) qiymətinin kəskin qalxmasının hotellərdə və restoranlarda qiymət artımına təsir edib-etməyəcəyi maraq doğurur.
Məsələ ilə bağlı biznes nümayəndələri danışıblar.
“Hava isti olduğuna görə kondisionerləri işə salmalı oluruq, elektrik enerjisi istehlakı artır, menyunu yenidən nəzərdən keçirməli və porsiyaların qiymətini artırmalıyıq”, - deyə Antalyadakı restoranlardan birinin sahibi Yelena bildirib.
Onun sözlərinə görə, enerji və benzin qiymətlərinin bahalaşması ərzağın qiymətinin də qalxmasına səbəb olub.
Bütün bunlar ona gətirib çıxarır ki, menyudakı bəzi xörəklərin qiyməti mart ayında artıq artırılmış olsa da, daha 20% üstünə gəlib”.
Ekspertlərin fikrincə, Türkiyədə kiçik hotellərin sahibləri də bunu edə bilərlər. Bununla belə, iri hotellər büdcəni əvvəlcədən hazırlayırlar və çətin ki, tariflərə yenidən baxsınlar.
“Keçən il turoperatorlarla müqavilələr bağlanıb! Yəni heç bir dəyişiklik ola bilməz”, - deyə azərbaycanlı ekspert Rəşad Məmmədov bildirib.
Türkiyədə fəaliyyət göstərən hotellərdən birinin nümayəndəsi Yana Sayafarova təsdiqləyib ki, kommunal xərclərin artımı, ərzaq məhsullarının bahalaşması və s. əvvəlcədən büdcəyə daxil edilir. Lakin 2022-ci ilin əvvəlində qiymətlərin kəskin artması səbəbindən onlar istisna etmək məcburiyyətində qalıblar - büdcəyə düzəlişlər edilib.
“Mən düşünmürəm ki, rəhbərlik buna yenidən baxsın. Qiymətlər müqavilələrdə göstərilib, onları dəyişdirmək olmaz”, - mütəxəssis deyir.
Hotelçilər qeyd edirlər ki, Antalyada yüksək rəqabət olduğu üçün hotel qiymətlərini əhəmiyyətli dərəcədə artıra bilmirlər:
“Turist axını bizim istədiyimiz kimi deyil, hər bir qonaq bizim üçün önəmlidir”.
Mənbə: Tourdom