ANALİTİKA

15 Aprel

IV - Forex, zəhmətlə qazandığınız pulu yeyən ruhsuz bir maşındır.

Ancaq bizi maraqlandırmağa başlayan əsas sual belədir: "Forex bazarında qazanan insanlar varmı?"

4-cü hissə. Forex bazarında pul qazanan insanlar varmı?

Biz, əslində, bu sualı ilk addımlarda öyrəndik. Cavab aydın idi - BƏLİ! Amma biz daha diqqətlə axtarmağa başladıq. İnternetdə həmən o qazanan, şanslı, xoşbəxt treyderlər barədə çoxlu tarixçələr var. Onların hekayələrini oxuyarkən, biz onların necə başladıqlarını, yeni başlayanların necə eyni səhvləri etdiklərini gördük. Odur, təqaüdə çıxandan sonra terminalda oturub sərvət qazanan alman nənə. Bəli, deyəsən belə insanlar var, özü də internetdə. Bəs həyatda?

Forex-lə ipoteka ödəyən köhnə tanışımıza müraciət etdik. Həqiqət bizi heyrətə saldı - indiyə qədər o, heç nə qazanmamışdı, ancaq 200 min itirmişdi !!! Arvad ipotekanın pulunu ödəyir və o, isə özünü oda közəvurub ordan-burdan qazanır və ziyanı qaytarmaq ümidi ilə bütün qazandıqlarını depozitə qoyur. Bundan əvvəl o, sadəcə, uğursuzluqlarını etiraf etməkdən utanırdı. Fikirləşirdi düşünəcəklə, gərək axmaq olasan ki, bu qədər pulları itirəsən. Əslində elə belədir ki, var. Lakin onun anlayışına görə, həmənpulları o, itirməyib,  hələ bazarı öyrənmək prosesindədir və böyük qazanclar artıq qabaqdadır.

Qardaşımın Sankt-Peterburqlu dostu bir neçə il əvvəl bu işin başını buraxıb. Deyir guya “nəsə qazanıb, amma sonra hər şeyi göyəsovurub”. Belə çıxır ki, danışa biləcəyiniz bütün real insanlar heç nə qazanmayıblar. İnternetdə, forumlarda insanlar illərlə və çox uğurla ticarət etdikləri ilə öyünürlər, amma qonşu filiallarda elə bu adamlar deyirlər ki, depozit sıfıra yaxın olduğu üçün minimum hesablar açırlar. Milyonçu üçün qəribədir, elə deyilmi?

Bütün forex bazarını təhlil etdikdən sonra bir sıra ziddiyyətlər üzə çıxardım:

1) Əgər bazarda, maklerlərin dediyi kimi, qazanmaq asandırsa, bəs niyə özləri alver etmirlər? Axı onlar özləri orada milyonları fırlayıb milyonlar qazana bildikləri halda, niyə əməliyyatlardan faiz şəklində bu qırıntıları yığırlar. Axı broker şirkətlərində yüzlərlə əməkdaş çalışır.

2) Niyə sabit gəlir gətirən özünəməxsus ticarət sistemini inkişaf etdirmiş biri, onu başqaları ilə paylaşsın? Əlbətdə, yalnız paylaşmaq deyil, həm də iştirakçı başına 100 rubl üçün ödənişli seminarlar keçirməyə çalışır. Bəziləri isə hətta poçtla 200 rubla CD göndərməyi təklif edirlər. Sizə eləgəlmirmi bu, milyonçu üçün bir növ xırdaçılıqdır?

3) Ayda 1000 faiz qazandıran uğurlu köməkçi yazan insanlar niyə onu internetdə yerləşdirirlər? Axı sən artıq milyonçusan, rəqabət yaratmaq nəyinə gərəkdir?

4) Özünü peşəkar hesab edən və uzun illər uğurla ticarətlə məşğul olan şəxs niyə forumlarda suallar yazır: “Yaxşı, bazar nə göstərir? Hansı proqnozlar var?” Axı, sənin sistemin var və sən sübut edilmiş siqnallarına əsaslanmalısan, az tanınan insanların fikirlərinə yoc

Özümün və başqalarınınyəcrübəsini təhlil edib aşağıdakı nəticələrə gəldim:

1) Bəli, forex bazarında pul qazanmış insanlar var. Onlar əməliyyatlardan faiz toplayan və “depoziti necə mümkün qədər tez göyə sovurmaq üçün” ödənişli seminarlar keçirən eyni brokerlərdir. Həmçinin, əminəm ki, onların əksəriyyəti əməliyyatınızı heç açmır, depoziti göyə sovurmağınızı gözləyərək, sadəcə  pulu hesablarında saxlayırlar. Siz isə onları havaya sovuracaqsınız, çünki bütün bu ticarət sistemləri cəfəngiyatdır.

2) Forex bazarında pul qazandıqlarını söyləyən insanlar əslində adi oyun maşınlarında oynayan oyunçulardır. Sadəcə AZART aludəçisi və bütün itkiləri geri qaytarmaq və qaz vurub qazan doldurmaq təşnəsində olanlardır. Bütün məqalələrdə bu sözü xüsusi qeyd etməyimtəsadüfi deyil. Bu, uzun müddət sübut edilmiş kazino və digər asılılıqlarla eyni olan asılılıqdır.

3) Bütün bu “pul qazandıran” sistemlər, yalnız əmanəti mümkün qədər tez itirmək və itirilmiş pulu qaytarmaq ümidi ilə brokerə getdikcə daha çox pul vermək məqsədi daşıyır.

Mən təcrübəmi yalnız ona görə yazıb bölüşürəm ki, forex bazarına gedən və ya artıq ticarət edən insanlar sözlərimi təhlil etsinlər və orada pul qazanmağın mümkün olmadığını anlamağa çalışsınlar. Siz bazarı ram edə bilməyəcəksiniz. Bazar nə təhlilə, nə də sistemlərə tabe deyil. Çox güman ki, siz sadəcə əmanətinizi, sonra isə növbəti və sonrakını göyə sovuracaqsınız. Nə qədər ki, gec deyil bu cəfəng oyunların başını buraxın. İnanın, xərclənmiş pulu artıq geri qaytara bilməyəcəksiniz.

Dayanın! Forex, zəhmətlə qazandığınız pulu yeyən ruhsuz bir maşındır.