ANALİTİKA

23 Mart

Dünyanın iki ticarət blokuna bölünəcəyi reallığa çevrilir

Çexiyalı politoloq və iqtisadçı Petr Robeyşek böyük dövlətlərin tezliklə dünyanı parçalayacağı mülahizələri ilə çıxış edib. O, “Radio Universu”a müsahibəsində planetin mümkün parçalanmasını proqnozlaşdıraraq bildirib ki, qloballaşma prosesinin başa çatması ilə dünya iki ticarət blokuna - Çin-Rusiya və Amerika-Avropa blokuna parçalanacaq. Onun fikrincə, bu mübarizədə, zəif mövqe tutan Avropa İttifaqı məğlub durumda qalacaq.

Fins.az xəbər veriri ki, Petr Robeyşek deyib: “Avropa Birliyi “hegemon dövlətçilik, iddialı arzularını həyata keçirməyə” çalışsa da, onları lazımı qədər ardıcıl həyata keçirə bilmədi. “Aİ və ABŞ vətənpərvərliyin məhdud olması üzündən başlıca məqamları sona çatdıra bilmirlər. Avropa zəif çıxış edir və ən əsası, avropalıların vətənpərvərliyi yoxdur. Nəticədə o, ən zəif və ən həssas oyunçu oldu”, - deyə politoloq izah edib.

Robeyşek, dünyanın parçalanmasından sonra milli dövlətin əhəmiyyətli olacağını düşünür. Bu o deməkdir ki, bir sıra ölkələr müstəqil olaraq öz maraqlarını irəli sürməli və başqalarına daha az güvənməli olacaqlar. Politoloq əmindir ki, belə bir şəraitdə Çexiya vətəndaşlarının rifahını təmin edə biləcək, lakin bunun üçün Praqa “çalışmalı” və “ağıllı davranmalıdır”.

Bundan əvvəl Avropada qiymət artımının mütləq rekorda imza atdığı bildirilirdi. Fevralda Avropa İttifaqında inflyasiya 5,9 faizə yüksəlib.