ANALİTİKA

08 Fevral

Azərbaycan investorlarının marağında olan səhmlər - DİNAMİKA

Fins.az ölkəmizdə investorların ən çox maraq göstərdiyi səhmlərin 08 fevral 2021-ci ilə olan dəyərini və həftə ərzində dəyişən dinamikasını təqdim edir:

Fərqli sahə və fəaliyyət göstərən müxtəlif şirkətlər sayəsində səhmlər bir çox investorlar üçün hələdə gəlir maliyyə aləti olmağa davam edir. Xalqa açıq olan şirkətlərin satışa çıxardığı qiymətli kağız olan səhmlər, investisiya portfelinizi genişləndirmək üçün ən yaxşı seçimdir. Gəlirdən pay almağınızı təmin etməklə yanaşı, səsvermə hüququ və idarəetmədə iştirak etmək kimi xüsusiyyətləri də olan qiymətli kağızların alqı-satqısını həyata keçirərək yatırımlarınızı asanlıqla qiymətləndirə bilərsiniz.

Səhmlərin alqı-satqısı fiziki olaraq həyata keçirilmir. Açacağınız bir ticarət hesabı ilə bank və ya broker şirkətinin vasitəsilə əməliyyatlarını həyata keçirə bilərsiniz. Fərqli investisiya alətləri arasında seçim edərkən diqqətli olmaq, analiz araşdırmaları doğru dəyərləndirmək lazmdır. Bu sahədə peşəkar yatırım mütəxəssisləri Sizə kömək olsa da, səhmlərin alqı-satqısı mövzusunda ilkin biliklərə sahib olmağınız tövsiyyə olunur.

Müəllif: Vüqar Bağırov

Ən sərfəli şərtlər əsasında səhm bazarına daxil olmaq istəyirsinizsə www.afi.az  keçin və ya aşağıdakı telefon nömrələri ilə əlaqə saxlayın  (+99412 ) 310-33-30