ANALİTİKA

19 İyul

Vüqar Bayramov: Həyata keçirilən paketlər strateji əhəmiyyət daşıyır

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda qaldırılan məsələlər ölkəmizin iqtisadi mənzərəsi haqqında obyektiv təsəvvür yaradır.

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, 2020-ci ilin birinci yarım ilinin yekunları göstərir ki, pandemiya və eyni zamanda neft bazarındakı volatillik Azərbaycan iqtisadiyyatına təsir göstərsə də, iqtisadiyyatda, xüsusilə qeyri-neft sektorunda müsbət tendensiya davam edib: “Bu ilin birinci yarısında ümumi daxili məhsulda 2,7 faiz azalma qeydə alınıb.Lakin digər ölkələrlə, xüsusilə inkişaf etmiş ölkələrlə müqayisə etsək, bu azalma pandemiya və neftin qiymətinin tərəddüdləri fonunda məqbul hesab edilə bilər. OPEC+ çərçivəsində Azərbaycanın əlavə öhdəlikləri neft hasilatının azaldılması ilə bağlı qərar qəbul edilməsinə gətirib çıxardı ki, bu da ümumi daxili məhsula birbaşa təsir göstərib. Müsbət tendensiya qeyri-neft sənayesində 11 faizdən çox artım olmasındadır. Kənd təsərrüfatında 2,2 faizlik artım qeydə alınıb ki, bu da xüsusilə qeyri-neft sektorununiqtisadiyyatdakı drayver rolunun davam etməsindən xəbər verir.

2020-ci ilin ilk yarısında sosial istiqamətə ayrılan vəsaitlərin həcmində azalmalar müşahidə edilməyib.Əksinə, ictimai iş yerlərinin sayının rekord səviyyədəartımı müşahidə edilir. Əgər 2020-ci il üçün bu göstəricinin 40 min olması nəzərdə tutulsa da, ölkə Prezidentinin göstərişi ilə 90 minə çatdırıldı.

Özüməşğulluq proqramının əhatə dairəsi genişlənir, artıq 12 min ailəni əhatə edir. Həm ünvanlı sosial yardımdan faydalananlar, həm də ünvanlı sosial yardımdan istifadə edənlərin sayında da artım var. Orta aylıq əməkhaqqı da bu il 25 faiz artıb.

İclasda qeyd olunan ən vacib məqamlardan biri dövlət büdcəsinin gəlirlərində tam şəffaflığın təmin edilməsi ilə bağlı idi.

Şəffaflığın təmin edilməsi nəticə etibarilə həm gömrük, həm də vergi mənbələrindən daxilolmalara birbaşa təsir göstərib. İdxalın 2015-ci illə müqayisədə dəyişmədiyinə baxmayaraq, idxal məhsullarından büdcəyə daxilolmalar 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə üç dəfəyə yaxın artıb. Bu, təbii ki, birbaşa şəffaflığın gücləndirilməsi və şəffaflığın artırılması ilə bağlıdır. İqtisadiyyatın “ağardılması” dövlət büdcəsi üçün yeni imkanlar yaradır, dövlət büdcəsinin birbaşa gəlirlərinə təsir edir, özünü büdcə gəlirlərində göstərir.Neft bazarındakı dəyişkənlik fiskal təsirlərə malik olsa da, şəffaflığın gücləndirilməsi, iqtisadiyyatın ağardılması büdcə gəlirlərinə pozitiv təsir göstərməkdə davam edir.

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf İndeksində əvvəlki illərlə müqayisədə irəliləyərək 54-cü yerdə qərarlaşıb və bu, region dövlətləri arasında ən yaxşı göstərici hesab olunur. Növbəti dövr üçün büdcə gəlirlərinin strukturunda, eyni zamanda dövlət büdcəsindən ayırmalarda artıq müasir çağırışlara uyğun olaraq yeni yanaşma tətbiq olunacaq. 2020-ci ilin dövlət büdcəsində sosial sahəyə xüsusi diqqət yetiriləcək. Təbii ki, 2020-ci ildə sosial layihələrlə yanaşı, strateji infrastruktur layihələri də yerinə yetiriləcəkdir.

Bütövlükdə baxsaq, 2020-ci ilin ilk yarısının yekunları Azərbaycanın pandemiyanın təsirlərini minimallaşdırmaqla bağlı çevik reaksiya nümayiş etdirən ölkələrdən biri olduğunu göstərir. Pandemiya şəraitində həyata keçirilən paketlər strateji əhəmiyyət daşıyır. Postpandemiya dövründə sahibkarların, eləcə də sadə vətəndaşımızın daha yaxından dəstəklənməsihəyata keçiriləcək