ANALİTİKA

26 Mart

Qlobal iqtisadiyyatda bənzəri görünməmiş bir şok olacaq

Beynəlxalq kredit reytinqi təşkilatı Moody's, yeni növ koronavirus (Kovid-19) epidemiyası ilə əlaqədar bu il üçün qlobal iqtisadi artım proqnozunu 2,6%-dən mənfi (-) 0,5%-ə endirib.

Marja xəbər verir ki, Moody's-in yaydığı açıqlamada, Kovid-19 epidemiyasının qlobal iqtisadiyyatda bənzəri görülməmiş bir şoka səbəb olacağı bildirib.

Qlobal iqtisadi artım proqnozunun aşağı salındığı qeyd edilən açıqlamada, "Qlobal iqtisadiyyatın 2020-ci ildə 0,5% azalmasını, 2021-ci ildə 3,2% artmasını gözləyirik. Koronavirus ortaya çıxmadan əvvəl, keçən il noyabrda, qlobal iqtisadiyyatın 2,6% artacağınıi təxmin edirdik" ifadələri istifadə edilib.

Ölkələrin iqtisadi artım proqnozlarına da yer verilən açıqlamada, daha əvvəl 2,3% artacağı təxmin edilən ABŞ iqtisadiyyatının, bu il  2% azalmasının, 2021-də isə 2,3% artmasının gözlənildiyi qeyd edilib. 

Daha əvvəl 1,2% artacağı nəzərdə tutulan Avro Bölgəsi iqtisadiyyatının bu il 2,2% azalacağı, 2021-də isə 2% artacağı təxmin edilib.

Təşkilat, maliyyə sektorundakı dalğalanmanın, böyük mərkəzi bankların və hökumətlərin sürətli tədbirlərinə baxmayaraq, 2008-dəki qlobal maliyyə böhranı dövründə görülən səviyyələrə çatdığını qeyd edib.