ANALİTİKA

27 Fevral

FED-in gözləntiləri fonunda korreksiya

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində son üç həftə ərzində müşahidə edilən 3%-lik sürətli bahalaşma, korreksiya ilə davam etməkdədir. Bunun əsas səbəbi isə FED-in faiz azaltmayacağı gözləntilərinin azalmasıdır. 

 

Bunun əsas səbəbi isə FED-in açıqlamalarından sonra cari il ərzində faizin daha da azaldılmayacağına dair gözləntilərin artması idi. Amerika hökümətinin təkidlərinə baxmayaraq, mərkəzi bank sədri Jerom Povel parlamentdə hesabat verərkən, ölkə iqtisadiyyatındaki müsbət tendensiyaya vurğu etmişdir. 

Lakin hazırda dünyada, xüsusilə də Çində iqtisadi risklərin yenidən artacağına dair narahatlıqlar, FED-in gələcək siyasəti gözləntilərinə də təsir etməkdir. Bununla yanaşı, FED-in keçən il ABŞ-Çin ticarət böhranı fonunda faiz azaldılmasına getməyə məcbur qalması təcrübəsi də investorların yaddaşındadır. 

 

FED-in faiz azaltmayacağı gözləntilərinin azalması, 
foreks bazarlarında dolların ucuzlaşmasına səbəb olmaqdadır

Beləliklə, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin mart ayının ortalarına - FED-in gələcək gözlənilərinə dair verəcəyi açıqlamalara kimi sonuncu maksimum və minimum səviyyələri aralığında dalğalanacağı proqnozlaşdırılır. 

 

Əlavə olaraq, gələcək günlər ərzində açıqlanacaq fundamental göstəricilər də diqqət mərkəzində saxlanılmalıdır. 

İLKİN ALIYEV
ANALİTİK