ANALİTİKA

17 Yanvar

2020-ci ilin büdcəsi manatın məzənnəsinə necə təsir edəcək? - Vüsal Qasımlı

2020-ci ildə ticarət balansında ixracın 3,8 faiz, idxalın 1,5 faiz artımı proqnozlaşdırılır. Ümumilikdə, bu il ticarət balansının profisiti pul kütləsi balansının kəsirini örtəcək və beləliklə, tədiyyə balansı tarazlaşacaq. İcmal büdcənin kəsirinin maliyyələşdirilmə mənbələri müəyyənləşdirildikdən sonra manata təzyiq olunmayacaq. Valyuta bazarının təhlili göstərir ki, tələb və təklif balansı, eləcə də bank sistemində artıq likvidlik təmin olunub. Bununla bağlı olaraq, bu il manatın məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır. Aşağı inflyasiya ilə əlaqədar real səmərəli məzənnənin qismən azaldılması qeyri-neft ixracının stimullaşdırılmasına gətirib çıxarır.