ANALİTİKA

15 Yanvar

Vergilər Məcəlləsinə dəyişikliklər barədə - Vüsal Qasımlı

2019–2020-ci illərdə Vergilər Məcəlləsinə edilən dəyişikliklər ortalama vergi dərəcəsini azaldır. 2020-ci ildə vergi islahatının əsas məqsədi hamı üçün bərabər şərtlərin yaradılması, vergi idarəetməsinin təkmilləşdirilməsi və vergi yükünün azaldılmasıdır. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətti ilə keçirilmiş islahatlar nəticəsində büdcəyə daxilolmaların planlaşdırılandan təxminən 1 milyard dollar çox olacağı proqnozlaşdırılır. Bununla belə, gəlirlərin artımında qeyri-neft sahələri böyük rol oynayır. Bizim hesablamalarımıza əsasən, bu il karbohidrogenlər sektorunda ÜDM-in 1,6 faiz, 2021-ci ildə isə qaz hasilatının kəskin artması təqdirində 4,5 faiz çoxalması proqnozlaşdırılır. Fiskal dayanıqlığın təmin olunması yalnız qeyri-xammal iqtisadiyyatının inkişafı ilə mümkündür.