ANALİTİKA

31 Dekabr

2019-cu ildə prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar

Fins.az 2019 il ərzində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış republikanın icitmai siyasi həyatında dəyişikliyə səbəb olan fərman və sərəncamları təqdim edir.

Yanvar

11 yanvar - Prezidenti İlham Əliyev Azərbaycanda 2019-cu ili "İmadəddin Nəsimi" ili elan edib. Dövlətimizin başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini deyib.

 14 yanvar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb

16 yanvar -Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzalyıb. Fərmana əsasən,  Ətraf mühitin mühafizəsi departamentinin əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamentinin və Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti yaradılır.

15 yanvar - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzalyıb.Fərman ilə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib.

15 yanvar - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, "A.N.Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncam ilə, Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. QSC sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədliyə tapşırılıb.

25 yanvar - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında" fərman imzalayıb. 

Fevral

5 fevral  - Prezident İlham Əliyev "E.R.Salahovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında" Sərəncam imzalayıb.Sərəncamı ilə, Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

6 fevral -Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.

8 fevral - Prezident İlham Əliyev "Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

9 fevral  - Prezident İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib. 

12 fevral - Azərbaycan Respublikasının Prezidenti İlham Əliev "R.V.Həsənovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilməsi haqqında" Sərəncam imzalayıb.Sərəncama əsasən, Rəvan Vaqif oğlu Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilib.

14 fevral- Prezidentin digər bir Sərəncamı ilə, Prezident təqaüdünün məbləği 185 manatdan 210 manata qaldırılıb.Bu gün İlham Əliyevin imzaladığı Fərman ilə “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilib.

14 fevral- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncam, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alınıb.

19 fevral -Prezident İlham Əliyev fevralın 19-da Fərid Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

19 fevral - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunub.

21 fevral- Prezident İlham Əliyev “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” fərman imzalayıb. Fərmanla Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il martın 1-dən 300 manat müəyyən edilib.

24 fevral - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında" Sərəncam imzalayıb.Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb

 28 fevral - Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb

 

 Mart

9 mart - Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

11 mart-  Prezident İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamla Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

29 mart - Prezident İlham Əliyev "Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında" sərəncam imzalayıb.

 

Aprel

2 aprel - Azərbaycan Prezidenti İlham Əliyev S.Ç.Hacıyevin Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

3 aprel-  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "H.X.Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında" sərəncam imzalayıb.

5 aprel -Prezidenti sərəncamları ilə, Şabran, Ağstafa, Goranboy və Siyəzən rayonlarının icra baçısıları dəyişdi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliev "N.N.Novruzovun Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Sərəncamı imzalayıb

5 aprel- Prezident İlham Əliyev "M.B.Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

5 aprel - Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "A.H.Hüseynovun Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb

5 aprel - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "N.M.Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb.Sərəncam ilə, Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

15 aprel - Prezident İlham Əliyev “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 80 manat müəyyən olunub

May

 4 may - Xələf Xələfov yenidən Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

15 may - Aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması səlahiyyəti Maliyyə Nazirliyindən alınaraq Vergilər Nazirliyinə həvalə edildi. Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə, dərman vasitələrinin və dini kitabların dövriyyəsinə nəzarət də Vergilər Nazirliyinə həvalə edilib.

16 may -  Avroliqanın final oyunu və "UEFA 2020"nin oyunları ilə bağlı malların idxalı gömrük rüsumundan azad edidi. Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb

30 may -Prezident İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncam imzalayıb.Sərəncama əsasən Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərəcəkdir. 

 

 İyun

10 iyun - Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvləri təyin ediliblər. İnam Kərimov- Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Xalid Əhədov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

11 iyun-  “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” yeni redaksiyada təsdiq edilib.Prezident İlham Əliyevin imzaladığı “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilib.Antil Adaları (Niderland), Bəhreyn, Kosta-Rika, Qernsi, Men Adaları, Makao (Çin), Nauru, Seyşel Adaları siyahıdan çıxarılıb, Fici adaları, Tayland, Tayvan (ÇXR), Kabo Verde, Trinidad və Tobaqo siyahıya əlavə edilib. 

13 iyun - Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların siyahısı genişləndirilib.Prezident İlham Əliyev bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, bundan sonra yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına da icazə veriləcək.

18 iyun - Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

18 iyun – Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncam imzalayıb.Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb.

18 iyun-  Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə" Sərəncamı imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib:Sədr – 3060 manat

Sədrin müavini – 2845 manat

Katib – 2110 manat

Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat.

18 iyun - Prezident İlham Əliyev "Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında" Sərəncam imzalayıb.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

18 iyun - Prezident İlham Əliyev "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Sərəncam imzalayıb.Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılacaq

18 iyun - Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında " Sərəncamı imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

18 iyun -Prezident İlham Əliyev "Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında" Sərəncam imzalayıb.Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

20 iyun - Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə, Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib. Bundan başqa, Prezident İlham Əliyev, Ramil Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb. 

20 iyun -Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamla Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

20 iyun - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilən Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

21 iyun -Prezident İlham Əliyev "F.F.Mustafayevin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilməsi haqqında"  Sərəncam imzalayıb.Sərəncam ilə, Famil Front oğlu Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilib

27 iyun- Prezident İlham Əliyev "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Fərman  imzalayıb.Fərmana əsasən, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiq edilib.

 

İyul

 

24 iyul - Prezident İlham Əliyev "Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncam ilə  “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu” təsdiq edilib. Yeni strukturdan məlum olur ki, Vergilər Nazirliyində departamentlər ləğv edilib, yerində isə baş idarələr yaradılıb.Prezidentin sərəncamı ilə həmçinin yeni Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi yaradılıb.

31  iyul - Prezident İlham Əliyev Şahin Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamla Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

31 iyul -Prezident İlham Əliyev Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamla Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.

 Avqust

14 avqust - Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib.Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır..Sənədə əsasən, (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir.Sənədlə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur (Hazırda 160 mantdır). Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

19 avqust - “Aqrar Sığorta Fondu” yaradılır.  Prezident İlham Əliyev “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Fərman imzalayıb.

28  Avqust - Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.Dəyişikliyə əsasən Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində “idxalı və satışı” sözləri “habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı” sözləri ilə əvəz edilib.Bu dəyişikliklə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

 

Sentyabr

4 sentyabr- Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamla Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilir

20 sentyabr -Prezident İlham Əliyev Mehriban İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

27 sentyabr- Prezident İlham Əliyev üç ölkəyə yeni səfir təyin edib.Prezidentin sərəncamı ilə Cəlal Mirzəyev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.Dövlət başçısının digər sərəncamları ilə Məmməd Afiq oğlu Talıbov Meksika Birləşmiş Ştatlarında, Anar Xeybər oğlu Hüseynov isə Yunanıstanda fövqəladə və səlahiyyətli səfirləri təyin ediliblər.

30 sentyabr - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu Rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.  İndiyədək Agğsunun İcra başçısı Ənvər Qasım oğlu Seyidəliyev idi.Prezidentin digər sərəncamı ilə, Ənvər Qasım oğlu Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Oktyabr

8 oktyabr- Prezident İlham Əliyev Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.Dövlət başçısının digər Sərəncamı ilə Novruz Məmmədov Azərbaycanın Baş naziri vəzifəsindən azad edilib.

16 oktyabr -Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.Sərmana əsasən Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb, onun Əsasnaməsi təsdiq edilib.

21 oktyabr - Prezident 2 yaşlı məmuru öz ərizələri ilə işdən azad etdi. Prezident İlham Əliyev "Ə.Ş.Həsənovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb.Sərəncama əsasən, Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilb.Həmçinin Prezident İlham Əliyev, "H.İ.Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncam ilə, Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.

23 oktyabr - Prezident İlham Əliyev "R.Ə.Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb.Sərəncama əsasən, Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

23 oktyabr- Prezident İlham Əliyev "M.Ç.Cabbarovun Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilib.Prezident İlham Əliyev "M.Ç.Cabbarovun Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilməsi haqqında" da Sərəncam imzalayıb.Sərəncama əsasən, Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib.

23 oktyabr- Prezident İlham Əliyevin fərmanı ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirilib. Bununla da ƏMDK rəhbəri Kərəm Həsənov komitə sədri kimi vəzifəsini itirib. O, 2009-cu ildən bu vəzifəni icra edirdi. 

31 oktyabr- Bu gün Azərbaycan Prezidentinin imzaladığı sərəncam ilə, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncam ilə, Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.Həmçinin Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə, Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Digər bir sərəncam ilə Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib

 

Noyabr

1 noyabr -Prezident İlham Əliyevin imzaladığı Sərəncam ilə, Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.Prezidentin digər sərəncamı ilə, Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

12 noyabr -Azərbaycan prezidenti İlham Əliyev, "E.E.Həsənovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında" Sərəncam imzalayıb.Sərəncam ilə, Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Prezidentin imzaladığı Sərəncam ilə, Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin digər bir Sərəncamı ilə, Əziz İmran oğlu Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

12 noyabr - Prezidentin imzaladığı sərəncam ilə ilə, Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin imzaladığı digər sərəncamlar ilə, Mərdan Talıb oğlu Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

12 noyabr - Azərbaycan Prezidenti İlham Əliyev, R.Ç.Quliyevin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında" Sərəncam imzalayıb.Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

20 noyabr - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiya Federasiyasına rəsmi səfərə gedib.Moskvanın “Vnukovo 2” Beynəlxalq Hava Limanında Birinci vitse-prezident Mehriban Əliyevanı Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankin, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İqor Boqdaşev və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qarşılayıblar.

20 noyabr - Masallının İcra başçısı Ağcəbədiyə, Ağcəbədinin İcra başçısı isə Masallıya göndərildi. Prezidentin Sərəncamı ilə, Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin başqa bir sərəncamı ilə, Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.Prezidentin digər Sərəncamı ilə, Rafil İsrafil oğlu Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Həmçinin, Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

28 noyabr- Prezident İlham Əliyev "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" sərəncam imzalayıb.Sərəncamla Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib.

29 noyabr -Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı sərəncam ilə, Şahmar Mövsümovu Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsindən azad edib. Digər bir Sərəncam ilə İsrafil Aydın oğlu Məmmədov Dövlət Neft Fondunun İcraçı direktoru təyin edilib.İndiyədək İsrafil Məmmədov Fondun direktor müavini idi.Dövlət Neft Fondunun əvvəlki İcraçı direktoru Şahmar Mövsümov isə Prezidentin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilib.

29 noyabr - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "K.Ə.Həsənovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında" Sərəncam imzalayıb.Kərəm Əvəz oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilib.

29 noyabr - Azərbaycan Prezidenti İlham Əliyev "Ə.M.Həsənovun Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncam ilə, Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib. 

29 noyabr -Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ş.A.Mövsümovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında" Sərəncam imzalayıb.

 

Dekabr

3 dekabr- Prezidentin Sərəncamı ilə, Saleh Heydər oğlu Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.Prezidentin digər bir sərəncamı ilə, Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

4 dekabr- Bu gün Prezidentin imzaladığı Sərəncam ilə, Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.Prezidentin digər Sərəncamı ilə, Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Rüstəm Xəlilov 1958-ci ildə anadan olub. O, Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

9 sentyabr- Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

19 dekabr - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə general-mayor Namiq Poladov və general-mayor Mübariz Rzayev müvafiq olaraq Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisləri vəzifələrinə təyin olunublar.

23 Dekabr- Prezident İlham Əliyev "Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında" sərəncam imzalayıb.Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. 

 23 dekabr -Prezident İlham Əliyev "Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında" fərman imzalayıb.Fərman ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılacaq.

26 dekabr -Azərbaycanın Ədliyyə nazirinə yeni müavin təyin edilib.Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.Sərəncama əsasən, Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

 Müəllif: Aynur Qəniyeva