ANALİTİKA

31 Dekabr

2019-cu ilin ən mühüm biznes hadisələri

Fins.az 2019-cu ildə biznes sahəsində baş verən ən yaddaqalan haduisələri təqdim edir

Yanvar 

21 yanvar - Azərbaycandakı sahibkarların sayı açıqlanıb.Ölkədə qeydiyyatdan keçmiş sahibkarların sayı 920 mini ötüb.Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mulamat verib 

23 yanvar- Vergilər Nazirliyi tərəfindən kommersiya hüquqi şəxslərin qeydiyyatı proseduru daha da sadələşdirildiyini elan edib.

24 yanvar -Dünya üzrə gələn 800-dən çox anketin arasından 10 uğurlu startapdan biri Azərbaycanın  “Buglance” layihəsi olub. “Techstars”a seçilmək startapın beynəlxalq nüfuzundan xəbər verir 

25 yanvar- Yaponiyanın “Asahi Group” şirkəti,Britaniyanın Smith Turner şirkətini 250 milyon funt sterlinq(283 milyon dollar) qiymətinə alacağını elan edib. Yapon şirkəti 20 məşhur pivə və sidr brendlərini əldə edib. 

Fevral 

3 fevral - “World Brand Lab” şirkətinin ekspertləri 2018-ci il üzrə dünyanın ən nüfuzlu 500 brendinin reytinqi açıqlanı. Reytinq əsasən bazar payı, marka sadiqliyi və dünya liderliyi kimi üç əsas göstəriciyə əsaslanır.

8 fevral -Avropada kauçuk qadağan edilib. Aanalitiklər bu qərarı kosmetika bazarı üçün faciə kimi qiymətləndirib..

9 fevral Azərbaycanda 100 milyon dollar kapitalı olan şirkət ləğv edilib.2018-ci ilin sentyabrında təsis edilmiş "Zetrix Azərbaycan" şirkəti ləğv edilir.Kommersiya şəxslərin reyestrində "Zetrix Azerbaycan" MMC-nin ləğv prosesində olması göstərilir.

 12 fevral -Fevralın 12-də Qəbələdə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.Bu, Şəki-Zaqatala iqtisadi rayonu üzrə ilk “KOB Dostu”dur və Qəbələ rayonu ilə yanaşı, ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara da xidmət göstərəcək.

Mart 

1 mart - Azərbaycan Vergilər Nazirliyi "AZ Agromila" MMC-ni qeydiyyata alıb. “2019-cu il 11 yanvar tarixində Vergilər Nazirliyi 400 min manat məbləğində nizamnamə kapitalı ilə "AZ Agromila" MMC-ni qeydiyyata alıb. Şirkətin rəsmi nümayəndəsi Türkiyə vətəndaşı Ramazan Qaraşahindir”, - saytda qeyd olunub

14 mart Vergilər Nazirliyi 15 milyon 625 min manat nizamnamə kapitalı ilə "NOBEL PLAZA" MMC-ni qeydiyyata alıb.  

 15 mart-"Master Management" MMC könüllü ləğv olunduğunu elan edib. Bu şirkət keçmiş vergilər naziri Fazil Məmmədovun işgüzar dairəsinin bir hissəsi olub. 

19 mart - ""Diqlas" ticarət mərkəzinin yanması nəticəsində zərərçəkənlərə kompensasiyanın ödənilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat fondundan artıq İqtisadiyyat Nazirliyinə ilkin vəsait ayrılıb.

Aprel 

2 aprel- İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara Xidmət” və “Biznes İnkubasiya” mərkəzləri fəaliyyətə başlayıb.

4 aprel- “Suraxanı şahmat məktəbi” MMC dövlət qeydiyyatına alınıb. Cəmiyyətin nizamnamə kapitalı 1 milyon 68 min manat, rəsmi təmsilçisi Rövşən Rüstəmovdur.

5 aprel - Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlara ödəniş  bank hesablarına köçürülməsinə başlanılıb.Ödənişlər “Kapital Bank” və "TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

6 aprel -2012-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən İsveçrə şirkəti "Northeast Investments Holdings AG" Bakıda nümayəndəliyin ləğv olunmasını elan edib.

May 

3 may- Nazirlər Kabineti "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"a dəyişiklik edib.Dəyişikliyə əsasən, məhdud məsuliyyətli cəmiyyətlərin təsisçilərin iştirak payına dəyişiklik edilən zaman onların fiziki iştirakına ehtiyac qalmır.

15 may-  Vergilər Nazirliyi "Çağlayan Group" MMC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, ev 86B, nizamnamə kapitalı 800 min manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İsmayıl Çağlayandır.

30 may-  Dövlətdən sahibkarlara 20 min manatlıq dəstəyi nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi qaydası” təsdiq edilib.

İyun

18 iyun- Vergilər Nazirliyi  "SAZ GROUP" MMC və "SAZ ELECTRONİCS" MMC şirkətlərini dövlət qeydiyyatına alıb. 

19 iyun- Azərbaycan sahibkarlarına 5,042 milyon manat ixrac təşviqi ödənilib.Bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) icraçı direktoru Yusif Abdullayev məlumat verib.

24 iyun - Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə “KOB klaster şirkəti”nin meyarları”nın təsdiq edilib.

İyul 

1 iyul- Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Bosniya və Herseqovina Federasiyası, Serbiya, Monteneqro respublikaları üzrə nümayəndəsi təyin edilib.

8 iyul- Azərbaycanda "Düzqoş" brendi oyuncaq istehsalına başlayıb.

18 iyul- İsveçrə dövlətinin "HOFFMANN-LA ROCHE LTD" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edib.İsveçrənin transmilli dərman şirkəti olan "Roche", 1896-cı ilin Oktyabr ayında Fritz Hoffmann-La Roche tərəfindən qurulub.

25 iyul - "AB Standard" Şirkətlər Qrupu 5 törəmə şirkətini bağlayıb.AB TRADİNG" MMC, "AB TRAVEL"MMC, "AB SKYBELL"  MMC, "AB SERVİCE" MMC, "MASALT" MMC, "AVTO ŞOP" MMC və "STANDARD FUTBOL KLUBU" MMC ləğv edilib. 

 

Avqust

5 avqust -Nazirlər Kabineti "Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinin təsdiq edilməsi barədə" qərarında dəyişiklik edib.Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün illik gəliri 180 milyon manat, hesabat ili ərzində işçilərin orta hesabla sayı 1.500 nəfər, balansın yekun məbləği isə 450 milyon manatdan az olmamalıdır

6 avqust-  Vergilər Nazirliyi "Sellüloz Emal Müəssisəsi" MMC-ni dövlət qeydiyyatına alıb.Şirkət 100 min manat nizamnamə kapitalına malikdir. 

14 avqust -Vergilər Nazirliyi “Keystone Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alıb.Yeni şirkətin hüquqi ünvanı “PAŞA Holding” MMC-lə ilə eyni – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 (“Port Baku”), nizamnamə kapitalı 100 ABŞ dolları, qanuni təmsilçisi isə Zaur Nəbi oğlu Məlikovdur.

Sentyabr

2 sentyabr - Fransanın beynəlxalq özəl süd şirkəti - "GROUPE LACTALİS"in Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv edilir. 

10 sentyabr - Növbəti dəfə “Gilan Holding”in nizamnamə kapitalı artıb.“Gilan” MMC-nin nizamnamə kapıtalının həcmi 367 milyon 215 min  366 min manat artırılaraq 763 milyon 66 min 44 manata çatdırılıb.

13 sentyabr- Vergilər Nazirliyi tərəfindən "Cəlilabad Şərab - 9" ASC dövlət qeydiyyatına alınıb. "Cəlilabad Şərab - 9" ASC-nin nizamnamə kapitalı 375 min 214.4 manatdır. Şirkətin qanuni təmsilçi Talıbov Vaqif Murtuz oğludur.

Oktyabr 

8 oktyabr-  KOBİA-nın təşkilatçılığı, İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda "KOB Dostu"nun fəaliyyətə başlayıb

9 oktyabr- Vergilər Nazirliyi “Sabunçu Ticarət Təchizat” ASC-ni dövlət qeydiyyatına alıb.Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, ev 13, nizamnamə kapitalı 90 162 manat, qanuni təmsilçisi isə Yusif Əşrəf oğlu Musayevdir

21 oktyabr- "Hewlett Packard International Trade Bi.Vi.". şirkəti Azərbaycandakı fəaliyyətini dayandırdığını elan edib. Amerika şirkətinin filialı Bakıda 2004-cü ilin iyun ayından fəaliyyət göstərirdi. Şirkət informasiya texnologiyaları sahəsində məhsul və xidmətlər təklif edir.  

Noyabr 

13 noyabr-  Azərbaycan Vergilər Nazirliyi tərfəindən 12 milyon 614 min manat nizamnamə kapitalı ilə "Krosvey" MMC qeydiyyata alınıb.

23 noyabr- "Bayer Pharma AG" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

Dekabr 

9 dekabr- Vergilər Nazirliyi "Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq" MMC-ni dövlət qeydiyyatına alıb.Yeni şirkətin hüquqi ünvanı Bakı şəhər, Nəsimi rayonu, Mustafa Kamal Atatürk prospekti, 134, nizamnamə kapitalı 500 000 manat, qanuni təmsilçisi isə Teymur Bəxtiyar oğlu Məmmədovdur.

9 dekabr- Vergilər Nazirliyi "Digital Finance Corp" MMC-ni dövlət qeydiyyatına alıb.Yeni şirkətin hüquqi ünvanı Bakı şəhər, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 20, nizamnamə kapitalı 30 000 manat, qanuni təmsilçisi isə İltizam Əskər oğlu Əliyevd

24 dekabr -Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlara başlıca dəstək mexanizmlərindən olan “KOB Dostu” şəbəkəsinin 2019-cu ildəki fəaliyyətinə dair hesabat iclası keçirilib.

 

 

Müəllif: Aynur Qəniyeva