ANALİTİKA

18 Dekabr

2019-cu ilin ən önəmli turizm hadisələri

 Fins.az 2019-cu ilin ən önəmli rəsmi turizm tədbirləri eyni zamanda turizm sahəsində baş verən əsas hadisələri ardıcıllıqla təqdim edir. 

 

Yanvar

16 –yanvar - Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan Hindistanda Nyu-Dehli şəhərində keçirilən “SATTE 2019” beynəlxalq sərgisində iştirak edib

22 yanvar-  Madrid Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının cari ilin iyun ayında Bakı şəhərində keçirilməsinə dair saziş imzalanıb.

25-27 yanvar tarixlərində İsveçrənin Sankt-Moritz şəhərində keçirilən Dünya Polo yarışları çərçivəsində Azərbaycan pavilyonunda ölkənin turizm imkanları nümayiş etdirilib.

 

Fevral

12-13 fevral - Tel-Əviv şəhərində təşkil olunan “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti təmsil edib

16 fevral -  Venesiyada  Lentin Böyük Kulminasiyası adlı karnaval keçirlilib. Kanavalda İtalya mədəniyyətiin keçmiş ən-ənələrinin nümayişi və böyük miqyaslı şənliklər təşkil edilib

 22 fevral-  Rusiyanın Moskva şəhərində “Azərbaycan: istirahət və işgüzar turizm üzrə B2B formatlı seminar” keçirilib.

 

 

 

Mart

6 -10 mart-  Azərbaycanın turizm imkanlarının dünyamiqyaslı təbliğatı məqsədilə 20-dək turizm şirkətinin iştirak etdiyi nümayəndə heyəti Almaniyada “İTB Berlin 2019” turizm sərgisində təmsil olunub.

12 mart - Rusiyanın paytaxtı Moskva şəhərində “MITT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi”ndə Azərbaycanın turizm potensialı və yeni turizm məhsulları təqdim olunub.

19 mart Tayvanda Fənər Festivalı keçirilib.  Festival elektrikli işıqlandırma şoularını, folklor tamaşalarını və ənənəvi Pingsi Göy Fənər Festivalını əhatə edir. Hər il Taypeyin paytaxtı yaxınlığındakı kiçik dağlıq Pingxi şəhərində insanlar kağız fənərləri səmaya buraxırlar . Bu ən-ənə böyük turist axının təmin edir.

 

 

Aprel

5 aprel- Azərbaycanın 6 ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş, yerləşdikləri ölkələr üzrə fəaliyyətləri və strategiyaları haqqında təqdimat keçirilib

10 aprel- Azərbaycanın 6 xarici ölkədə rəsmi xarici turizm nümayəndəliklərinin fəaliyyət başlaması üzrə müqavilə imzalanıb. . 

15 aprel- Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının ilk Baş Assambleyası təşkil edilib.

27 aprel -  Amsterdamda kral günü keçirilib. Proqrama dünya şöhrətli kanallarda küçə ticarəti və gəmi partiyalarının iri həcmli şənlikləri daxildir. Tompouce şirniyyatları və portağal şirəsi bu günün əsas sinvollarındandır.

 

 

May

1 may - Azərbaycanın yeni turizm brendi dünyanın nüfuzlu “Transform” jurnalı tərəfindən hər il təşkil olunan mükafatlandırma mərasimində 6 nominasiya üzrə qalib elan olunub.

10 may - Azərbaycanın yeni turizm brendi “Bir daha bax” (“Take another look”) şüarı əsasında hazırlanan tanıtım videoçarxı İspaniyanın Tortosa şəhərində keçirilən “Terres Festival 2019” festivalında təltif edilib.

16 may - Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Vyetnamın Kuanqnam vilayətinin Xalq Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb.

18 may “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda "Art Festival" keçirilib “

29 may Kopenhagendə Dünyanın rəqs ulduzlarının iştirakı ilə Xaos rəqs şousu baş tutub. Bu festifal rəqs həvəskarlarının,ulduzlar pərəsdişkarlarln toplandığı ən irimiqyaslı rəqs şousudur

30 may Azərbaycan tərəfindən “Bir daha bax” (“Take another look”) şüarı əsasında hazırlanan tanıtım videoçarxı Latviyanın Riqa şəhərində keçirilən 12-ci “Turfilm Riqa 2019” festivalında mükafata layiq görülüb

 

 

 

İyun

12 iyun- Əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışı olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak edib. 

17 iyun - Bakıda keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili arasında görüş keçirilib.

18 iyun – “Superheroun Musiqi Anatomiyası" və "Komiklər Məktəbi"-nin müxtəlif fiqurları irihəcmli təqdimat sərgisi və Cosplay ustaları ilə görüş keçirilib.

22iyun -Qədim Peruda cənub yarımkürəsində qış günortasında günəş tanrısı İnti'yə ibadət etmək mərasimi keçirilib. Şəhər mərkəzindən Saksauaman qalasına yürüş təşkil edilərək şəhər sakinləri və qonaqların müxtəlif ödənişsiz festivallarda iştirakı və şounun təşkili bu mərasimi turistlər üçün daha da cəlbedici edir.

27 iyun -Bakıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib.

27 iyun- Dövlət Turizm Agentliyi, Mədəniyyət Nazirliyi Quba şəhərində “Regional Mətbəx Festivalı” adlı festival keçirib.

 

 

 

 

 

 

İyul

7 İyul- Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı növbəti nominasiya müzakirə edilib. 

 9 iyul- Edinburqdakı Fringe Festivalı keçirilib. Dünyanın ən böyük sənət və mədəniyyət festivalıdır.

8 iyul - Çin Xalq Respublikasından olan aparıcı turizm şirkətlərinin azərbaycanlı turoperatorlarla tanışlıq görüşü baş tutub. 

 26 iyul-  Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzinin "Küçə sənətçiləri" adlı layihəsinin təqdimatı keçirilib.

 

 

Sentyabr

1 sentyabr – Midye festivalı  Avropanın ən böyük midye festifalı olan bu turizm hadisəsi Lill küçələrində keçirilib. Bu həftə sonu restoran üçün şərəf əlaməti, qapının yanında yeyilmiş midyalardan hazırlanan mərmi dağı hazırlanır.

 4 sentyabr Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda səfərdə olan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) prezidenti Jens Zimmer Kristensenlə görüşüb.

6 sentyabr- Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalının açılış mərasimi keçirilib.

10 sentyabr - Azərbaycan Turizm Bürosunun “Azerbaijan:Take Another Look”  destinasiya təbliğatı filmi “FilmAT” festivalının “Ən yaxşı ölkə təbliğatı filmi” kateqoriyasında birinci yerə sahib olub.

17 sentyabr-  Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Beynəlxalq Qolf Turoperatorları Birliyinin üzvləri ölkənin qolf turizmi potensialı ilə tanış olublar.

19-26 sentyabr-  Azərbaycan Turizm Bürosu Rusiyanın Novosibirsk, Sankt-Peterburq, Ulyanovsk, Kazan, Ufa, Yekaterinburq şəhərlərində silsilə seminarlar keçirilib.

 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar hazırlanmış yeni saytı Azərbaycan Turizm Bürosu istifadəyə verib.

 

 

Oktyabr

6 oktyabr- Hər il altı milyon insan Münhendəki məşhur Oktober festdə iştirak edir.Bu müxtəlif pivə istehsalçılarının məhsulları təqdim edilir.  Hər il bu festifalda altı milyon litr pivə içilir.

8-10 oktyabr- Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri Pakistanın Karaçi şəhərində keçiriləcək “Pakistan Travel Mart” sərgisində iştirak edib.

 

 

 

 

 Noyabr

12 noyabr -  Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin turizm potensialının təqdimatı keçirilib.

14 noyabr -  Azərbaycanın tanıtım videoçarxı “İnsanların seçimi” Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi tərəfindən  Qran-Pri mükafatına layiq görülüb.

13 noyabr - İki möhtəşəm bayram - Loykrathong və Yi Peng - Taylandda noyabr ayında keçirilir. Ən populyar şənliklərin yeri Chiang Mai. Thais çaydan aşağı Loykrathong'a tanrılara qurban olaraq şam ilə kiçik raftlar göndərir. Yi Peng-də xoşbəxtlik üçün minlərlə kağız fənərləri səmaya buraxmaq adətdir.

29 noyabr - Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019” keçirilib.

 

 

Dekabr

5 dekabr -Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində Azərbaycanın turizm potensialının təbliğinə həsr olunmuş seminar keçirib.

5 dekabr “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi Bakı Konqres Mərkəzində keçirilən təsis konfransında ictimaiyyətə təqdim edilib.

10 dekabr Türkiyənin Konya şəhərində Mevlana Cəlaləddin Ruminin xatirəsinə ithaf olunmuş rəqs festivalı keçirilir. Konsertlər və tamaşalar keçirilir. Lakin əsas hadisə 17 dekabrda dövr edən dərvişlərin dini rəqsi ilə bağlı təşkil edilən tədbir olur.

 

Müəllif: Aynur Qəniyeva