ANALİTİKA

19 Dekabr

Bu il kino sahəsində baş verən maraqlı HADİSƏLƏR

Son illər ərzində ölkəmizdə yerli və xarici filmlərə maraq böyükdür. Buna görə də hər il kinoteatrlara həm yerli, həm də xarici filmlər gətirilir. Bundan əlavə geridə qoyduğumuz ildə dünya və yerli kinomatoqrafiya sahəsində baş verən hadisələri Fins.az təqdim edir:

Yanvar

  • “Qələm” qrupunun baş ssenaristi Valeh Əhmədovun ilk filmi “Kişi Ol” işıq üzü görüb.
  • Hindistanın tanınmış aktyoru, əslən əfqanıstanlı Qədir Xan 81 yaşında vəfat edib.
  • Leonardo DiKaprio qapalı rejimdə "Uoll stritdən olan canavar" filmini maliyyələşdirmək üçün istifadə olunduğu iddia edilən pulların yuyulması üzrə beynəlxalq sxemə qarşı aparılan "Malayziya işi" üzrə şahid qismində dindirilib.
  • "Qızıl Qlobus" mükafatının qalibləri məlum olub. il üzrə “Ən yaxşı dram filmi” nominasiyasında Fredi Merkurinin həyat və yaradıcılığından bəhs edən “Bohem rapsodiyası” filmi “Qızıl qlobus” mükafatına layiq görülüb. “Ən yaxşı dramatik film aktyoru” mükafatını aktyor Rami Malek qazanıb. "Ən yaxşı dramatik film aktrisası" nominasiyası üzrə “The Vife” adlı ekran əsərindəki roluna görə Glenn Close qalib olub. Alfonso Kuaron “Roma” filmi üzərində gördüyü işə görə “Ən yaxşı rejissor”, “Yaşıl kitab” filmi "Ən yaxşı film komediya, yaxud muzikl" nominasiyasında “Qızıl qlobus” mükafatı qazanıb. Kristian Beyl “Ən yaxşı komediya aktyoru” nominasiyasında “Hakimiyyət” filminə görə qalib olub. “Qızıl qlobus” mükafatına namizədlər sırasında “A Star Is Born”, “Black Panter”, “Beale Street konuşabilseydi” və “Kara klanovets” filmləri də yer alıb.
  • Məşhur britaniyalı və amerikalı rejissor Kristofer Nolan yeni film üzərində işləməyə başlayıb.
  • "Rembo" və "Terminator" filmlərinin prodüseri Endryu Corc Vayna vəfat edib.

Fevral

  • Türkiyənin tanınmış aktyoru Aytaç Arman 70 yaşında vəfat edib.
  • “Oskar” mükafatı sahiblərinə təqdim edildi
  • Rusiya və keçmiş SSRİ-nin xalq artisti Sergey Yurski (Müsyo Jordan) vəfat edib.

Mart

  • Məşhur aktyor Vladimir Etuş vəfat edib

Aprel

  • “Taxtların oyunları” ən viruslu serial seçildi
  • SSRİ və Rusiyanın xalq artisti “Mimino”nun rejissoru Georgi Daneliya vəfat edib.
  • Rusiyanın tanınmış aktyoru Aleksey Buldakov vəfat edib.
  • Tanınmış rejissor və ssenarist Rövşən Almuradlı 65 yaşında vəfat edib.

May

  • ABŞ-da çəkilən super-qəhrəmanlıq seriyasının son filmi “Avengers: Endgame” (“Qisasçılar: Son oyun”) yeni rekorda imza ataraq cəmi 11 günlük nümayişdə 2 milyard dollar gəlir gətirib
  • Stallone Kann kinofestivalında "Rembo-V" filmini təqdim edib
  • “Marvel Studios”un filmləri nüfuzlu mükafatlara layiq görülüb
  • Kann kinofestivalında Kventin Tarantinonun "Bir dəfə Hollivudda" filminin dünya premyerası olub
  • Antonio Banderas Kann kinofestivalında ən yaxşı kişi roluna görə mükafat alıb
  • "Terminator" filminin yeni bölümü çəkilib

 İyun

  • İtaliyalı rejissor Franko Dzeffirelli 96 yaşında vəfat edib

İyul:

  • Oliver Stoun Donald Tramp haqqında film çəkəcəyini deyib

Avqust

  • Jerar Depardye "Praqa baharı" haqqında filmdə Leonid Brejnevi canlandırıb
  • "Aladdin" dünya prokatında 1 milyard dollar toplayıb
  • Pakistanda Hindistan filmlərinə qadağa qoyulub
  • İmadəddin Nəsimiyə həsr olunan “Son gecə” adlı filmin çəkilişləri başa çatıb
  • Aktyor Karlo Delle Pyane vəfat edib

Sentyabr

  • Türkiyənin tanınmış aktyoru Süleyman Turan 83 yaşında vəfat edib
  • San-Sebastyanda keçirilən kino festivalının ən yaxşı filmi açıqlanıb
  • Bakıda sayca 10-cu Avropa Film Festivalı keçirilib
  • Venesiya kinofestivalının qalibləri məlum olub. Festivalın digər mükafatları aşağıdakı şəkildə paylanılıb:

"Qızıl Aslan" - Ən yaxşı film "Coker" — Todd Fillips

"Gümüş Aslan" — Böyük Münsiflər Mükafatı "Zabit və casus" - Roman Polanski

"Gümüş Aslan" - Ən yaxşı rejissor Roy Andersson - "Sonsuzluq haqqında"

Ən yaxşı aktrisa üçün Volpi Kuboku Arian Askarid - "Allah naminə dua"

Ən yaxşı aktyor üçün Volpi Kuboku Luka Marinelli - "Martin İden"

Ən yaxşı ssenari mükafatı "Çerri Leyndə Ev 7",

Yunfan Münsiflər heyətinin Xüsusi mükafatı "Mafiya əvvəlki kimi deyil", rejissor Franko Maresko

Ən yaxşı gənc aktyor/aktrisa üçün Marçello Mastroianni mükafatı Tobi Uolles - "Süd Dişləri"

"Gənc Aslan" - Ən yaxşı rejissor debütü "Sən 20 yaşında öləcəksən", rejissor Amyad Əbu Alala

Oktyabr

  • Gələn il Azərbaycan kinosunun inkişafına 7,5 milyon manat vəsait ayrılması planlaşdırıldı
  • “Mimino” filminin bəstəkarı Gia Kançeli vəfat edib
  • "Kurtlar Vadisi"nin məşhur aktyoru Tarık Ünlüoğlu vəfat edib

Noyabr:

  • Türkiyəli aktyor Haluk Bilginer ən yaxşı kişi rolunun ifaçısı kimi Beynəlxalq 47-ci "Emmi" mükafatına layiq görülüb
  • “Disney”in 4DX yayımları dünyada rekorda vurub
  • Efiopiyada keçirilən Avropa Film festivalında "Əli və Nino" filmi nümayiş olunub.
  • Sumqayıtda “CinemaPlus” şəbəkəsinin “Nizami” kinoteatrının yeni binasının açılışı olub.
  • Moskvadakı "Bakı" kinoteatrı sökülüb.

Dekabr:

  • Xalq artisti Yalçın Əfəndiyev vəfat edib
  • "Al Jazeera" TV Azərbaycanla bağlı filmlərin yayımına başlayıb
  • Bakıda “İki nəfərlik Milad bayramı” filminin premyerası baş tutub.
  • "Kinq-Konq"un aktyoru Rene Oberjonua vəfat edib
  • 2019-cu ilin ən populyar aktyorlarının adları açıqlanıb

Reytinqdə "Kapitan Marvel"də Marvel rolunu canlandıran Bri Larson başçılıq edib. Onun ardınca sıralamada Erin Moriarti ("Oğlanlar" serialında Starlayt rolu), Emiliya Klark ("Taxtlar oyunu"ndan Deyneris Tarqarien), Naomi Skott ("Ələddin"də şahzadə Jasmin), "Çox qəribə şeylər" serialından Dakre Montqomeri, "Şazam!" filmindən Zakari Livay yer alıb. "Top-10"da həmçinin Kianu Rivz, Roza Salazar, Margo Robbi və "Coker"də eyniadlı personajı canlandıran Xoakin Feniks də özünə yer edib.