30 Oktyabr

17500 nəfər ipoteka krediti alıb

Bu günə qədər Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun xətti ilə ölkə vətəndaşlarına 709,7 milyon manat ipoteka krediti verilib. Bu barədə fins.az AİF-in saytına istinadən xəbər verir. Bu kreditlər 17 536 nəfərə ayrılıb. Başqa sözlə, bir borclana verilmiş kreditin orta məbləği təxminən 40 500 manat təşkil edib.