Uni Supply and Services MMC Baş mühasib vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə təlimatı:
- Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi
 - Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi
 - Bank əməliyyatların aparılması
 - Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi
 - Alış və satış qaimələrinin 1C ilə düzgünlüyünün yoxlanması
 - Əmək haqqı kartlarının sifarişinin həyata keçirilməsi
 - Ödənişlərin nəzarətdə saxlanılması
 
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir)
 - Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
 - 1C 8.3 (kompleks avtomatlaşdırma) proqramında sərbəst işləmə bacarığı
 - Microsoft Office proqramlarını (WORD, EXCEL) əla səviyyədə bilmək
 - Xanım namizədlərə üstünlük verilir
 - Yaş: 25-35 yaş
 - İşinə məsuliyyətli, diqqətli
 
Əlavə məlumat:
- İş qrafiki: Bazar ertəsi – şənbə (8 saat)
 - Əmək haqqı: 1000 - 1500 AZN
 - AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
 
Tələblərə cavab verən namizədlərdən CV-lərini qeyd edilmiş e-poçta ([email protected]) göndərmələri xahiş olunur.
