VAKANSİYA

20 Avqust

Əməyin mühafizəsi üzrə böyük mühəndis - VAKANSİYA

Azərbaycan Respublikası dövlət qurumu Əməyin mühafizəsi üzrə böyük mühəndis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Əmək şəraitininin təhlükəsizliyi və əməyin mühafizəsini yoxlamaq və təmin etmək;
  • Əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ aktlar üzrə müəyyən edilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək;
  • Aylıq inspeksiyaların hər ay müəyyən olunmuş müddətdən gec olmayaraq struktur qurumlar tərəfindən aparılaraq departamentə təqdim edilməsinə nəzarət etmək;
  • Baş vermiş bədbəxt hadisələrin müəyyən olunmuş qaydada qeydiyyata alınmasını, tədbirlər planı və hesabatların tərtib edilməsinə nəzarət etmək;
  • İşçilərin istifadə etdiyi xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi və kollektiv mühafizə vasitələrinin istifadəsi qaydalarına nəzarət etmək;
  • Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik haqqında” qanunun və müddəalarının icrası ilə əlaqədar əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi tələblərinə riayət olunması və yerinə yetirilməsinə nəzarət etmək;
  • Əməyin təhlükəsizliyi ilə bağlı ortaya çıxan məsələlərin aradan qaldırılmasında tövsiyyələr vermək;
  • İşçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılmasını, biliklərinin yoxlanılmasını və əməyin mühafizəsi üzrə qaydalara, normalara və təlimatlara riayət etmələrini struktur və müəssisə rəhbərindən tələb etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Təhsil: Ali (müvafiq sahə üzrə);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi ilə bağlı biliklər;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
  • Sənədləşdirmə və hesabatların tərtib edilməsi ilə bağlı biliklər;
  • Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu;
  • Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu;
  • Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair biliklər;
  • Peşəkar ehtiyatlılıq;
  • Planlaşdırma bacarığı;
  • Risklərin idarə edilməsi bacarığı;
  • Diqqətlilik və dəqiqlik;
  • Kompüter biliyi: MS Office.

Əlavə məlumatlar:

  • 5 günlük iş qrafiki (09:00-18:00).
  • Müsbət və səmərəli iş mühiti;
  • Nahar xərcinin qarşılanması.

Qeyd olunan tələblərə uyğun namizədlərin CV formalarını mövzu yerinə “Əməyin mühafizəsi
üzrə böyük mühəndis” yazaraq [email protected] elektron poçt ünvanına 30 Avqust
2024-cü il tarixinə kimi göndərmələri xahiş olunur.
Yalnız uyğun namizədlər ilə əlaqə saxlanacaqdır!