VAKANSİYA

16 Avqust

Korporativ sığorta şöbəsinin rəhbəri - VAKANSİYA

“PAŞA Sığorta” ASC Korporativ sığorta şöbəsinin rəhbəri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

  • Şirkətdə bütün növ sığorta məhsulları və xidmətləri üzrə mövcud müştəri bazasının genişləndirilməsi və satışın həcminin artması üçün korporativ sığorta şöbəsinin əməkdaşlarının fəaliyyətinə nəzarət edilməsi, onların işinin əlaqələndirilməsi;
  • Nəzarət etdiyi bazar seqmenti üzrə Korporativ Satış departamentinin Rəhbəri ilə birlikdə, satış siyasətini müəyyənləşdirilməsi;
  • Korporativ Sığorta şöbəsinin əməkdaşları üçün müvafiq iş bölgüsünün və istiqamətləndirmənin həyata keçirilməsi;
  • Korporativ Sığorta şöbəsində aparılan tender və layihələrin irəliləməsində iştirak və Korporativ Satış Departamentinin rəhbərinə yardım göstərilməsi;
  • Mövcud korporativ müştərilər ilə əlaqələrin qorunması və təkmilləşdirilməsini, həmçinin potensial müştərilər üzrə şirkətin xidmət və məhsullarının satılmasının təmin edilməsi;
  • Korporativ satış istiqaməti üzrə şirkətə müraciət edən müştəriləri yüksək keyfiyyətli məlumatla təmin edilməsinə nəzarət;
  • Vaxtlı-vaxtında sorğuların cavablarının Anderraytinq şöbəsinə daxil olmasını, sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin alınmasının təmin edilməsi;
  • Tələb olunan müddətdə müştərilərə sığorta müqavilələrinin təqdim edilməsi və onları sığorta müqavilələrinin şərtləri üzrə əhatəli izahatların verilməsinə nəzarət;
  • Mütəamadi olaraq  müştəri bazası üzrə məlumatları təhlil edərək qiymətləndirilməsi;
  • Bütün növ sığorta məhsullarının cari satışı və görülmüş işlərin vəziyyəti  üzrə Satış departamentinin rəhbərinə gündəlik hesabatların təqdim olunması, korporativ satışlar üzrə aylıq təhlilin nəticələrinin təqdim edilməsi;
  • Korporativ satış istiqaməti üzrə satış büdcəsinin hazırlanması
  • Rüblük qaydada tabeliyində olan işçilərin fəaliyyəti üzrə analitikanın hazırlanması və müvafiq tədbirlər planının Korporativ Satış departamentinin Rəhbərinə təqdim edilməsi
  • Rəqiblər/bazar üzrə analitikanın aparılması və müvafiq tədbirlər planının Korporativ Satış departamentinin Rəhbərinə təqdim edilməsi

BİLİKLƏR

  • Biznes, iqtisadiyyat və ya marketinq sahəsində ali təhsil
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq bacarığı 
  • Microsoft Office (Outlook, Word, Excel, Powerpoint və s.) bilikləri

TƏCRÜBƏ

  • Satış sahəsində sığorta istiqaməti üzrə azı 4-5 il iş təcrübəsinin olması
  • Rəhbər funksiyası olaraq təcrübənin olması üstünlükdür
  • CII sertifikatının olması üstünlükdür

BACARIQLAR

  • Təşəbbüskarlıq
  • Ünsiyyət qurmaq bacarığı
  • Dəqiqlik
  • Yaranmış vəziyyətlərə çevik reaksiya vermək
  • Problemli vəziyyəti həll etmək
  • Komandada işləmək

Son müraciət tarixi: 30 sentyabr 2024

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi email ünvanına ([email protected]) göndərin.