VAKANSİYA

16 Avqust

Kredit analitikası şöbəsinin analitiki - VAKANSİYA

"Xalq Bank" Korporativ Satış İdarəsinin Kredit analitikası şöbəsinin analitiki vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Təsvir:

  • Hüquqi şəxslərin biznes və maliyyə təhlilinin aparılması;
  • Kredit risklərinin idarə edilməsi meyarlarını nəzərə alaraq, kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə, kreditlərin strukturlaşdırılması funksiyasının maliyyələşdirmə standartlarına uyğun olaraq analiz edilməsi;
  • Müştəri Təmsilciləri ilə razılaşdırılmış şərtlər daxilində kredit gündəliyi hazırlamaq və digər ərizə formalarının doldurulması, Anderraytinqə rəy üçün təqdim edilməsi. Anderraytinq rəyindən sonra Kredit Komitəsinə təqdim edilməsi;
  • Müştəri Təmsilçiləri ilə birlikdə kredit portfelinə nəzarət edilməsi;
  • Kreditin strukturlaşdırılması funksiyasının davamlı inkişafının təmin edilməsi və bununla bağlı təkliflərin verilməsi.

Tələblər:

  • Ali magistr təhsilinin olması;
  • Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə biliklərin olması;
  • Azərbaycan dili biliyi (mükəmməl səviyyədə), rus və ingilis dili biliyi arzuolunandır;
  • Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Yüksək səviyyədə analiz etmə bacarığı;
  • Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
  • Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.

Ətraflı məlumat üçün LİNKƏ daxil olun.