VAKANSİYA

15 Avqust

İİTKM aparıcı Front-end proqramçı vəzifəsinə VAKANSİYA elan edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) öz peşəkarlığına güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən, strateji baxış və analitik təhlil keyfiyyətləri olan hər kəsə bu fürsəti dəyərləndirmək imkanı yaradır.

İİTKM "İnnovasiya şöbəsi, aparıcı Front-end proqramçı" vəzifəsinə vakansiya elan edir.

Finss.az qurumun vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  1. Yeni veb layihələr üzərində çalışmaq;
  2. Mövcud veb layihələri inkişaf etdirmək;
  3. Veb layihələr üzərində komanda üzvü olaraq çalışmaq;
  4. Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
  5. Back-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən səhifələrin hazırlanması;
  6. Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
  7. Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;

Təhsil və ixtisas tələbləri: Ali təhsil (İnformasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsi);

Staja dair tələb: Müvafiq sahədə ən azı  3 ildən çox təcrübə olması;

Kompüter biliklərinə dair tələblər:

  • Front-end biliklər: ReactJs, NextJs, Javascript/Typescript, Redux, Html, CSS/SCSS, JQuery (Bootsrap 4-5, TailwindCss);
  • Figma ilə işləmək bacarığı;
  • RestAPI və Version control – Git ilə işləmək bacarığı;

Dil bilikləri: Azərbaycan - yüksək səviyyədə, ingilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);

Xüsusi bacarıqlar: Diqqətlilik, ünsiyyət qurma bacarığı, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, sərbəst araşdırma aparmaq, problemi həll etmək və qərarvermə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV faylını ad və soyadla adlandırmaqla 2024-cü il 26 avqust tarixinədək vacancy@ereforms.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.​​​

Fuad Mədətov
Finss.az