VAKANSİYA

13 Avqust

Korporativ katiblik üzrə Baş mütəxəssis - VAKANSİYA

"PASHA Bank" Korporativ katiblik üzrə Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Təsvir:

İşiniz nədən ibarətdir?

  • Müşahidə Şurası, İdarə Heyəti və müvafiq Komitə iclaslarının təşkil edilməsi, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbulu, konsolidasiyası və hazır edilməsi;
  • Bankın Müşahidə Şurası, İdarə Heyəti və müvafiq Komitələrinə inzibati dəstəyin lazımi qaydada və vaxtlı-vaxtında göstərilməsinin həyata keçirilməsi;
  • Müşahidə Şurası, İdarə Heyəti və müvafiq komitə iclaslarının və qərarlarının şirkətin və requlyatorun müvafiq normativ tələblərinə uyğun olaraq düzgün keçirilməsi və qəbul olunmasına nəzarət edilməsi;
  • Katibi olduğu iclas qərarlarının çıxarışlarının verilmiş qərara uyğun imzalanmasının təmin edilməsi və icraya yönəldilməsi (həmçinin Komitə üzvlərinin imzası olmadan);
  • İdarə Heyəti və müvafiq Komitə iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə cavab verməsinə nəzarət edilməsi və müvafiq tələblərə cavab verməyən sənədlərin geri qaytarılması üzrə qərarların verilməsi;
  • İdarə Heyəti və müvafiq Komitə iclaslarında qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi və nəticələr haqqında məlumatların müvafiq qurumlara vaxtında təqdim olunması;
  • Bankın katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə rəhbərə yardım edilməsi;
  • Mütəmadi hesabatların hazırlanmasına nəzarət edilməsi və idarəetmə orqanlarının fəaliyyəti haqqında məlumat açıqlanmasının təmin edilməsi;
  • Qərarvermə orqanlarının protokollarının vaxtlı-vaxtında bağlanması, imzaya təqdim olunması və arxivləşdirilməsinə nəzarət edilməsi;
  • Mütəmadi olaraq qərarlar üzrə statistik məlumatların yığılması və tələb olunan hesabatların hazırlanmasının təmin edilməsi;
  • Qərarvermə orqanlarının keyfiyyətli və tam məlumatlı qərar verməsinə dəstək olmaq məqsədilə hesabatlılıq sisteminin təkmilləşdirməsi;
  • Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin hazırlanması və təkmilləşdirilməsi üzrə layihələrin həyata keçirilməsi;
  • Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin idarə edilməsində dəyişikliklərin aydın göstərilməsi, anlaşılması və ifadə edilməsini təmin etmək məqsədilə digər vahidlərlə sıx əməkdaşlıq edilməsi;
  • Sənədlərin optimizasiyası, dərindən analizi, normativ sənədlərin icrasının hesabatının hazırlanması;
  • Müvafiq sənədlərdəki uyğunsuzluqlar, daxili partnyorların sistematik səhvləri haqqında şikayətlərin araşdırılması və uyğunsuzluqların aradan qaldırılmasının təmin edilməsi;
  • Bankın korporativ idarəetmə strukturunu təşkil edən normativ sənədlər taksonomiyasının idarə edilməsi və qanunvericiliyə uyğunluğu izlənilməklə sənədlərə mütəmadi dəyişikliklərin edilməsinin tənzimlənməsi;
  • Bankın şöbə və departamentləri ilə İdarə Heyəti üzvləri arasında effektiv əlaqəni təmin etməkdə qrup/şöbə rəhbərinə dəstək göstərilməsi;
  • İdarəetmə orqanları və komitələrin müzakirəsinə çıxarılmış məsələlərin müvafiq qərarvermə səlahiyyəti və limitinə uyğunluğunun təmin edilməsi, həmçinin bu işdə qrup/şöbə rəhbərinə dəstək göstərilməsi;
  • Qrup/Şöbə rəhbərinə korporativ idarəetmə üzrə risklərin aşkarlanmasında və idarə edilməsində fəal şəkildə dəstək göstərilməsi.

Tələblər:

  • Təhsil: Hüquq, iqtisadiyyat və ya idarəetmə ixtisası üzrə Bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: 2-3 il;
  • Lisenziya / Sertifikat: Korporativ idarəetmə istiqaməti üzrə sertifikat arzuolunandır;
  • Xarici dil bilikləri: İngilis və rus;
  • Kompüter bilikləri: MS Office proqramları;
  • Məhsul üzrə biliklər: Kredit, sənədli əməliyyatlar, faktorinq.

Ətraflı məlumat üçün LİNKƏ daxil olun.