VAKANSİYA

12 Avqust

Xalq Bank işçi axtarır

Finss.az xəbər verir ki, "Xalq Bank" "Məsafədən Bankçılıq İdarəsinin Çağrı mərkəzi" vakansiyası elan edir.

İşin Təsviri

  • Banka daxil olan zənglərin cavablandırılması;

  • Elektron poçt ünvanlarına daxil olan müraciətlərin cavablandırılması;

  • Online Məsləhətçi vasitəsi ilə təqdim olunan sualların cavablandırılması;

  • Müştərilərin bank xidmət və məhsulları haqda məlumatlandırılması və müştəri sorğusuna əsasən xidmət növünün müəyyən olunması, həmin xidmət üzrə ətraflı məlumatın təqdim olunması;

  • Telefon zəngi əsasında kart sahiblərinə müəyyən xidmətlərin göstərilməsi;

  • Görülən işlər üzrə hesabatların hazırlanması;

  • Daxil olan şikayətlərin cavablandırılması üçün müvafiq tədbirlərin görülməsi.

Tələblər

  • Ali təhsil;

  • Müştəri ilə ünsiyyət qurma bacarığı;

  • Şifahi və yazılı formada öz fikirlərini ifadə etmək bacarığı;

  • Məsuliyyət, dəqiqlik, fəallıq;

  • Kompyuter proqramları ilə istifadə bacarığı;

  • Komandada işləmək bacarığı;

  • Azərbaycan dili - mükəmməl, rus dili -mükəmməl, ingilis dili - yaşxı səviyyədə bilmək arzu olunandı;

  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

  • Nəzakətlik, dəqiqlik;

  • Peşəkar şəkildə fikirlərini ifadə etmək bacarığı.

  • Bank sektorunda təcrübənin olması;

  • Yüksək qavrama və öyrənmə qabiliyyəti.

Müraciət üçün linkə keçid eidn.