VAKANSİYA

08 İyul

Maliyyə meneceri - VAKANSİYA

Caspian Engineering Solutions MMC Maliyyə meneceri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • MS Office proqramları xüsusilə Excel,həmçinin 1C proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Şirkətin maliyyə uçotu və hesabatlarının tərtib ediiməsi;
  • Şirkət direktoruna və üçüncü şəxslərə (direktorlar şurasına,investorlara,kreditorlara) idarəetmə hesabatlarının hesablanması;
  • Debitor və kreditor hesabatlarına nəzarət;
  • Cari əməliyyat fəaliyyəti üzrə büdcənin və proqnozların,o cümlədən pul vəsaitlərinin qısamüddətli hərəkət proqnozlarının tərtibi;
  • Maliyyə analizi məlumatlarının dəqiqliyinin təmini,onların niormativ və büdcə göstəricilərdən ayrılmalarının izahı,həmçinin şirkət rəhbərliyinin əhəmiyyətli kənar çıxmalar barədə vaxtında məlumatlandırmaq;
  • Şirkətin faktiki gəlirlərinin yoxlanılması,əsas kənarçıxmaların səbəbinin müəyyənləşdirilməsi;
  • Maliyyə şöbəsinin fəaliyyətinin koordinasiya edilməsi və maliyyə şöbəsi əməkdaşlarının fəaliyyətinə nəzarət;
  • Hesabatların vaxtında dövlət orqanlarına çatdırılmasına nəzarət;
  • Şirkətin fəaliyyət xərclərinin analizi və xərclərin azaldılması yollarını aramaq və effektivliyin yaxşılaşdırılması;
  • Maliyyəşləşdirmə tələbatının müəyyən edilməsi məqsədilə pul vəsaiti axınının hərəkətinin proqnozlaşdırılması.

Namizədə tələblər:

  • Müvafiq sahədə ən azı 3 il peşəkar iş təcrübəsi
  • Ali təhsil ( iqtisadi və ya texniki)
  • MS Office proqramları ilə işləmək bacarığı, xüsusilə Excel
  • 1C proqramında yüksək səviyyədə işləmək bacarığı

İş şəraiti:

  • Həftənin 5 günü, saat 09:00-18:00
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək
  • Nahar şirkət tərəfindən qarşılanır.

Uyğun namizədlərin CV-lərini “Maliyyə meneceri” mövzusu ilə email ünvanına ([email protected]) göndərməkləri xahiş olunur.