VAKANSİYA

04 İyul

Mühasib - VAKANSİYA

General Supply LLC 2014-cü ildə Azərbaycanın Bakı şəhərində yaradılmışdır. Şirkətin əsas fəaliyyət sahələrini təchizat və logistika xidmətləri təşkil edir. Bundan əlavə, malların istehsal sahələrindən istehlak yerlərinə çatdırılması bizim tərəfimizdən optimal şəkildə həyata keçirilir. Biz, bütün nəqliyyat vasitələrinə yüklərin yüklənməsi və daşınması, gömrük rəsmiləşməsi, texnikaların icarəsi xidmətlərini təklif edirik. Tərəfdaşlıq əlaqələrinin qurulması və sifarişçilərin istəklərinə uyğun olaraq nəqliyyat, texnologiya, ticarət, sənaye və energetika sahələrində yüksək xidmət göstərməyimiz bizə stabil və davamlı uğur qazandırır.

Fins.az xəbər verir ki, "General Supply" şirkəti "Debitorlar üzrə mühasib" vakansiya elan edir

Əsas vəzifə və öhdəliklər:

  • Debitor borclarının izlənməsi və təhlili;
  • Şübhəli Debitor borclarının müəyyən edilməsi;
  • Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
  • Müştərilər ilə üzləşmə aktlarını/hesabatlarını hazırlamaq;
  • Gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
  • Debitorların izlənilməsi, gündəlik E-qaimə tərtib edilib göndərilməsi;
  • Problemli borclara dair aidiyyatı şəxslərlə müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
  • Debitor borclar üzrə tələb olunan, hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi; 

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilmək;
  • 1C mühasibat proqramında işləyə bilmək  (8.3);
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində Debitorlar üzrə mühasib yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.

 

smm vakansiya 5             7

şöbə müdiri vakansiya  1             1

atəşgah sığorta vakansiya           1             1

begoc biznes mərkəzi vakansiya              1             1

satinalma vakansiya       1             1

kicik mutexessis vakansiya         1             2

kreditle mal qara             1             3

metak vakansiya             1             6

taksi buraxılış kartı          1             10

oba market vakansiya