VAKANSİYA

01 İyul

SƏTƏM üzrə mütəxəssis - VAKANSİYA

PMD Projects LLC SƏTƏM üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Təsvir:

  • Təhlükəsiz mühitin təmin edilməsi üçün sahəyə/əraziyə səfərlərin və yoxlamaların təşkili;
  • Gündəlik Təlimatlarda (TBT) iştirak, zərurət yarandıqda onların təşkili və təmin edilməsi;
  • Podratçıların təsdiqlənmiş SƏTƏM, Fövqəladə Hallar planlarına və Risklərin Qiymətləndirilməsi Cədvəlinə uyğun işlərin həyata keçirilməsinə nəzarət;
  • SƏTƏM hadisələrinin araşdırılması və ya hadisələrin araşdırılmasında SƏTƏM Rəhbərliyinə yardımçı olmaq;
  • SƏTƏM hadisələrininin araşdırılması hesabatında aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılmasının müvafiq cavabdeh şəxslərə və ya bölmələrə həvalə edilməsini təmin etmək;
  • Qeyd olunan uyğunsuzluqların bağlanılması, təyin olunmuş vaxtda aradan qaldırılmasına nəzarət etmək;
  • Ehtiyac olduqda layihə komandasına SƏTƏM baxımından məsləhətlər vermək;
  • İstifadə olunan qurğu və avadanlıqların istifadə üçün yararlı olmasını yoxlamaq və təhlükəsiz olduğunu təsdiqləmək;
  • İşçilərin peşə və təcrübə üzrə doğru işlərdə işləmələrinə nəzarət etmək;
  • İş yerlərində texniki təhlükəsizlik təcrübələrini təbliğ etmək;
  • Texniki Təhlükəsizlik qaydalarının riayət edilməsinə nəzarət etmək;
  • Fövqəladə halların idarə olunması üzrə məşqləri və təlimləri təşkil etmək;
  • SƏTƏM baxımından dövlət normativ qaydalarının riayət olunmasına nəzarət etmək;
  • Risklərin qiymətləndirilməsinin təşkili və təmin edilməsi;
  • Lazım olduqda texniki təhlükəsizlik standartlarını və siyasətlərini müəyyənləşdirmək;
  • Bütün işçilərin üçün təhlükə yaradan halların aradan qaldırılmasını təmin etmək;
  • İşçilərin texniki təhlükəsizlik baxımından problemlərinə cavab vermək;
  • İnsan həyatına, ətraf mühitə və şirkətin əmlakına ziyan verə biləcək potensial təhlükələr yarandıqda işi dayandırmaq.

Tələblər:

  • SƏTƏM və ya oxşar ixtisas üzrə bakalavr dərəcəsi;
  • Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı;
  • Kompüter bacarıqları: MS Office, məlumat bazası ilə işləmək təcrübəsi arzu olunandır;
  • Məsuliyyətli, intizamlı olmaq.

Müraciət üçün LİNKƏ daxil olun.

şöbə müdiri vakansiya, atəşgah sığorta vakansiya, begoc biznes mərkəzi vakansiya,   satinalma vakansiya, maliyyə direktoru vakansiya, smm vakansiya, şöbə müdiri vakansiya, atəşgah sığorta vakansiya, begoc biznes mərkəzi vakansiya, satinalma vakansiya, kicik mutexessis vakansiya, metak vakansiya, oba market vakansiya, maliyyə direktoru vakansiya