VAKANSİYA

15 May

Aparıcı / Böyük Mühasib - VAKANSİYA

"GM Beton" "Aparıcı / Böyük Mühasib" vakansiyası elan edir.

 

  • Ünvan:Əhməd Rəcəbli küç, Çinarpark Biznes Mərkəzi bina 5,Mərtəbə 3

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit);

  • İş rejimi: Tam iş günü (6 gün) saat 09-00 dan 18-00 dək. Şənbə günü qısa iş günü

  • Müqavilə: Əmək müqaviləsi

  • Əmək haqqi: Müsahibəyə əsasən

  • Əlaqə nömrəsi:0772232380

Tələblər:

  • Təhsil – Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit);

  • Müvafiq sahə üzrə 5 ilden artıq iş təcrübəsi;

  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər;

  • 1C, Excel proqramlarından yaxşı səviyyədə istifadə etmək;

  • e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı.

Vəzifə Öhdəlikləri:

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili

  • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi

  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;

  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;

  • Vergi, Statislika, Məşğulluq və DSMF hesabatların hazırlanması və göndərilməsi;

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili;

  • Vergi və mühasibat uçotunun aparılması;

  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi - Onlayn bankçılıq ilə ödənişlərin həyata keçirilməsi;

  • Qaimə və Vergi hesab fakturaların yazılması və üzləşmə aktların tərtib edilməsi;

  • Debitor hesablaşmaların aparılması;

  • Əmək haqqı, məzuniyyətlərin hesablanması.

 

CV-ni [email protected] e-mail ünvanına göndərə bilərsiz.