Show

15 May

Mühasib - VAKANSIYA

2003-cü ildən “Kristal Abşeron” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.

Bu gün “Kristal Abşeron” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir.

İndiki və gələcək nəsillərin yaşayacağı dövrə uyğun keyfiyyətli binalar inşa edərək cəmiyyətin sosial həyatına dəstək olmağa çalışan “Kristan Abşeron” üçün sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir.

Fins.az xəbər verir ki, "Kristal Abşeron" "Müh  asib (uçotçu, Ağdam)" vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil;

  • Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi (Tikinti sahəsi üzrə təcrübə arzuolunandır); 

  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);

  • Azərbaycan dilini mükəmməl bilməli;

  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək;

  • Debitor və kreditorlarla hesablaşmalarda əməliyyatların vaxtında və düzgün aparmaq;

  • Şirkətə daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatları yoxlamaq, və müvafiq proqrama daxil etmək;

  • Sənədləşmə işini aparmaq, müvafiq qaydada cari əməliyyatların,  hesabatların və sənədlərin tərtibini həyata keçirmək;

  • İşçi heyətinin əmək haqqı tabellərinin hazırlamaq;

  • Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirmək.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;

  • İş yeri: Ağdam

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Uçotçu” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.