VAKANSİYA

13 May

Beynəlxalq İqtisadiyyat üzrə Mütəxəssis - VAKANSİYA

STEM -​ milli və xariсi siyasət, iqtisadiyyat, hüquq, sosial elmlər və təhlükəsizlik sahəsində aktual məsələləri təhlil edən müstəqil analitik mərkəzdir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti post-sovet məkanında baş verən hadisələr haqqında cəmiyyəti dolğun və qərəzsiz təhlili materiallarla təchiz etməkdir. Mərkəzin məqsəd və vəzifələrinə aktual hadisələrin qiymətləndirilməsi, habelə ictimai və siyasi təşkilatları, ekspert və elmi dairələri, medianı keyfiyyətli təhlili materiallar ilə təchiz olunması üçün​ praktik tövsiyələrin hazırlanmasıdır. Bundan əlavə STEM, milli və beynəlxalq səviyyədə təhsil proqramları, kurslar və konfranslar təşkil edir. Mərkəz beynəlxalq münasibətlər, iqtisadiyyat, tarix və etnoqrafiya sahələrində tədqiqat işləri ilə məşğul olan alimlər, aspirantlar, tələbələr üçün əməkdaşlığa açıqdır.

Fins.az xəbər verir ki, "STEM" "Beynəlxalq İqtisadiyyat üzrə Mütəxəssis" vakansiyası elan edir.

Tələblər:

  • 23-32 yaş;

  • Beynəlxalq hüquq / Beynəlxalq münasibətlər / İqtisadiyyat / Beynəlxalq İqtisadiyyat ixtisasları üzrə ali təhsil;

  • İş təcrübəsi 1-3 il

  • Xarici dil tələbi Rus dili və İngilis dili

  • Analiz və təşkilati bacarıqlar;

  • Ünsiyyət və təqdimat bacarıqları;

  • Analitik hesabatlar hazırlamaq bacarığı;

  • Komandada işləmək bacarığı;

  • MS Office proqramlarında işləmək bacarığı.

İş barədə:

  • Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşlərin təşkili.

  • Beynəlxalq arenada baş verən iqtisadi proseslərin yaxından izlənilməsi, hesabatların hazırlanması.

  • Potensial əməkdaşlıq üçün xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumatların araşdırılması, toplanılması və əlaqələrin qurulması;

  • Əmək haqqı: 1800 AZN

  • CV-i [email protected] elektron ünvanına göndərə bilərsiz